Tehranın bu həftəki cümə namazının xitabətçisi Ayətullah Əhməd Cənnəti bir daha İran xalqının hər bir sanksiya və düşmənçilik qarşısında möhkəm dayandığını bildirib.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi İran KİV-nə istinadən xəbər verir ki, Ayətullah Cənnəti İran xalqının ötən 30 ildəki dözüm və müqavimət əhval-ruhiyyəsinə işarə edərək, onu İran İslam İnqilabının nailiyyəti və qələbəsinin əsas amil adlandırıb. Onun sözlərinə görə, İran xalqı hələdə hər hansı bir pozuculuq və düşmənçilik qarşısında müqavimətini davam etdirir. Tehranın bu həftəki cümə namazının xitabətçisi sonra əlavə edib ki, İran İslam İnqilabı düşmənlərin qüdrətinin zəiflənməsinə səbəb oldu. Ayətullah Cənnəti deyib: "İİR özünün tam hüququnu əldə edənədək bütün sahələrdə çalışacaq. İİR öz prinsipial mövqeyinin üzərində möhkəm dayanıb".
|