İran İslam İnqilabının rəhbəri Ayətullah Xamenei Suriya prezidentini qəbul edib.
İslam-Azeri-nin İranın Jam Jam qəzetinə istinadlı xəbərinə görə bu gün (bazar günü) İran İslam İnqilabının rəhbəri Ayətullah Seyyid Əli Xamenei Suriya prezidenti Bəşər Əsədi qəbul edib.
Görüşdə iki ölkə arasında olan əlaqələr müzakirə edilib.
Ayətullah Seyyid Əli Xamenei iki ölkə arasında olan əlaqələrin keçmişdəkindən daha yaxşı olduğuna işarə edərək iki ölkə arasında olan münasibətlərin bu vəziyyətə düşməsində mərhum Hafiz Əsədin rolunun daha çox olduğunu vurğulayıb.
Ayətullah Seyyid Əli Xamenei Bəşər Əsədin də Hafis Əsədin apardığı siyasət ilə getdiyini bildirib.
İnqilab Rəhbəri Bəşər Əsədin səfərinin , iki ölkə arasında münasibətin daha da yaxşılaşacağına səbəb olmasını ümid etdiyini önə çəkib.
Bəşər Əsəd də öz növbəsində iki ölkələrin strateji əmədaş olduğunu və bölgədəki düşmənlər qarşısında bir yolda olduqlarını qeyd edib.