ISLAM DUNYASI Cüme axşamı, 21.11.2024, 14:28
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Avqust » 5 » APTEKLƏRDƏ QİYMƏTLƏR REKORD HƏDDƏ ÇATIR.
    10:52
    APTEKLƏRDƏ QİYMƏTLƏR REKORD HƏDDƏ ÇATIR.
    Müqəddəs kitabımız “Qurani- Kərimdə” də buyrulub: “Bu verilən canlar bizlərə əmanətdir, biz bu əmanətə yaxşı baxmalıyıq, əks təqdirdə hesabını Allah qarşısına necə verə bilərik?"
     
    İndiki dovrdə daha antik müalicə variantlarından demək olar ki, istifadə olunmur. Daha keyfiyyətli və səmərəli müalicə üsullarından və preparatlardan istifadə olunur. Bunlarda kifayət qədər bahalı olur və vətəndaşların bunları almağa güclə imkanı çatır. Əlavə olaraq bu bahalaşma problemi ortaya çıxdı.
    Bugünləri respublikamızda qiymətlər durmadan artır. Tarif şurasının 1 Yanvarın 2007-ci il qərarı ilə yanacağın qiymətinin qalxması bütün sahələrdə qiymət artımına səbəb oldu. Kənd təsərrüfatı məhsulları,qida məhsulları, və s məhsulların qiymətləri durmadan artmağa başladı. Bütün sahələlərdə olduğu kimi dərman preparatlarınında qiymətləri qalxmağa başladı. Azərbaycan dərman bazarında 25%-dan artıq bahalaşma qeydə alınıb. APA-nın apardığı araşdırma zamanı yanacağın qiymətinin qalxmasından 1 ay sonra bahalaşma müşahidə olunub, apteklərin çoxunda 25% qiymət artımı qeydə alınıb. Agentlik arşdırmasında onu da qeyd edib ki, adi sterilə olunmuş pambığın qiyməti bir neçə ay əvvəl 30 qəpiyə satıldığı halda, indi pambığın qiyməti 50 qəpiyədək yüksəlib (təxminən 50%). Bahalaşma daha çox xarici ölkələrdən gətirilən dərmanlarda qeydə alınıb. Araşdırma zamanı bu da məlum olub ki, Azərbaycana 4000- nə yaxın adda dərman idxal edən” Avromed” şirkəti dərmanların qiymətində indiyə qədər baş verən artımın əsas səbəbini istehsal xərclərinin çoxalması ilə əlaqələndirir. Mən bu yaxınlarda şəhərimizin tanınmış apteklərindən birində” Nur” aptekində olarkən belə bir hadisəylə rastlaşdım. Qoca bir kişi aptekə daxil olaraq 2 saat əvvəl soruşduğu 1,70 qəpiklik dərmanı almaq istədi. Lakin bu dərmanın qiyməti yuxarıda qeyd etdiyim vaxt ərzində 2,70 qəpiyədək qalxmışdır. Aptekin üzərinə isə “hər zaman ucuz qiymətlərlə” yazısı vurulmuşdu. Özünüz düşünün bu qiymət artımı ilə dərman almaq olarmı? Əlbəttə ki, almaq olmaz. Yerli dərman şirkətlərinin dərman bazarında tutduğu yer çox zəifdir. Çünki yerli müəssisələr alıcılara çox az dərman preparatları təqdim etdiyindən Azərbaycan dərmana olan tələbatının 90%- dən çoxunu idxal hesabına ödəyir.Gətirdikləri dərmanların xərcləri çox olduğuna və daha çox qiymətləri özləri təyin etdiklərinə görə dərmanlar baha qiymətə satılır. Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzindən APA- ya bildirilibki, onlar yalnız dərmanların keyfiyyətinə və təhlükəsizliyinə nəzarət edirlər. Qiymət siyasətinə nəzarətin həyata keçirilməsi bu qurumun səlahiyyəti daxilində olmadığına görə onlar dərmanların ucuzlaşdırılması üçün tədbirlər görə bilmirlər. Ancaq vəziyyət qretik həddə çatdığından hökumət ciddi tədbirlər görməyə hazırlaşır. Bunun üçün ilk növbədə hökumət sərtləşdirici tədbirlər görməlidir.


    Vüqar Hacıyev
    Просмотров: 874 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Avqust 2008  »
    BeÇaÇCaCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz