ABŞ tərəfindən hazırlanan İraq hesabatında, 650-dən çox elm adamının Mossad tərəfindən öldürüldüyü qeyd olunur.
İraqdakı terrorçu kürdlərə Mossad zabitləri hərbi təlim keçir "Birlik-Azərbaycan" İnformasiya Agentliyi "İsra Haber" saytına istinadən xəbər verir ki, Amerika Xarici İşlər Nazirliyi tərəfindən hazırlanan hesabatda, İraqdakı Amerika ordusunun da köməyi ilə sionist İsrail ölkəsinin Mossad təşkilatının nüvə enerji sahəsində ekspert olan 350 iraqlı elm adamını və 300-dən də çox Universitet müəllimini öldürdüyü bildirilir. Hesabatda həmçinin iraqlı elm adamlarının əvvəlcə işgəncəyə məruz qaldığı da bildirlir. İsrail dövləti baxımından təhlükəli olan İraqlı elm adamlarının İsraillilər tərəfindən evlərindən zorla çıxarılaraq uzaq sahələrdə öldürüldüyü də ifadə olunub.
Hesabatın daha bir iyrənc parçası o olub ki, 2003-cü ildən etibarən İsrail İraqın parçalanması üçün İraqdakı Kürdlərin hərbi arenaya gəlmələrini dəstəkləmə məqsədiylə Mossad zabitlərini İraqa göndərdiyi, Mossad zabitlərinin 2005-ci ildən etibarən də Kürdlərə hərbi təhsil verdiyi irəli sürülməkdədir.
Siyasi müşahidəçilərə görə İsrail, Səddam Hüseyin dövründə İraqın güclənməsini önləmək üçün Kürd kartını istifadə etdiyi kimi, indi də İran və Suriyaya qarşı Kürdləri gücləndirir.
Fransız "Le Monde" Qəzetinin 2 il əvvəl nəşr etdiyi bir xəbərdə də 1200-dən çox Mossad və Aman agentinin Şimali İraqda olduğu iddia edilmişdi. Qəzetə görə Mossadın fəaliyyətləri arasında, İranın nüvə fəaliyyətlərini müşahidə etmə məqsədiylə Kürdlər arasından meydana gələcək bir kəşfiyyat şəbəkəsinin qurulması və İrana hücum təşkil edəcək Kürd komando qrupunun yetişdirilməsi iştirak etməkdədir.
WwW.Birlik-Az.CoM
|