Главная » 2008»Avqust»11 » Keşlədə kanalizasiya suları altında qalan ev uçub
08:18
Keşlədə kanalizasiya suları altında qalan ev uçub
Evin uçması nəticəsində iki nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib
Bakının Nizami rayonunun Keşlə qəsəbəsində kanalizasiya suları altında qalan bir uçub. Evin damının çökməsi nəticəsində iki nəfər- ev sahibinin 23 yaşlı oğlu Murad Nuriyev və 24 yaşlı qızı Afaq Nuriyeva damın altında qalıb. Bu barədə ANS PRESS-ə onların qohumları məlumat veriblər. Məlumata görə, damın altında qalan bacı-qardaşın vəziyyəti ağırdır və onlar Musa Nağıyev adına xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər. Muradın üzü və burnu əzildiyindən bir neçə yerdən tikilib, gözünün yaxınlığında sümük sındığından bir neçə gün sonra əməliyyat olunacaq. Afaqın isə bel sümüyü çatlayıb.
Zərərçəkənlərin bacısının verdiyi məlumata görə, iki otaqlı evin otaqlarından biri tamamilə çöküb. Onun sözlərinə görə, evin uçması ilə bağlı aidiyyatı qurumlara müraciət etsələr də, hadisə yerinə heç kim gəlməyib. Ailənin digər üzvləri iki gündür ki, evin həyətində qalıblar.
Xatırladaq ki, Keşlə kanalizasiya kollektorunda çökmə iyulun 24-də baş verib. Hadisə nəticəsində ərazidə olan təxminən 50-yə yaxın ev çirkab sularının içində qalmışdı.