Çinin şimal-qərbindəki Qinghay əyalətində zəlzələ səbəbiylə bir məscidin çökməsi nəticəsində 8 nəfərin öldüyü bildirilib
Əyalətin Taer mahalına tabeli Datong Hui və Tu avtonom diyarında inşaat halında olan məscidin dünən yerli saatla 17.40-da çökdüyü ifadə olunub. Rəsmi "Xinhua" agenliyinin nümayəndələrə istinad etdiyi xəbərində, məscidin çökməsinə dünən Siçuan və Şaanxay əyalətlərində baş verən şiddətli zəlzələlərin səbəb olduğu qeyd edilib. Çökmə zamanı məsciddə neçə nəfərin olduğu naməlum olarkən, xilasetmə qrupları dağıntının altından çıxması ehtimal olunan cəsədlərin sayının arta biləcəyini açıqlayıb. "Birlik-Azərbaycan" İnformasiya Agentliyinin "Cihan"-a istinad etdiyi xəbərə əsasən, xilasetmə qurumları hadisənin ardından 31 nəfəri yaralı halda xilas etmişdi. Dünən ölənlərin sayı 7 olduğu halda, bu gün ağır yaralı olaraq qurtarılan 4 nəfərdan birinin xəstəxanada həyatını itirməsi səbəbiylə ölülərin sayının 8-ə çıxdığı ifadə edilib.