SİONİZMİN İSTƏDİYİ TOPLUM
FREYDİN VƏ FOMMUN TÜKÜRPƏDİCİ FƏLSƏFƏSİNDƏ
XIX əsrdə dünyanın başına bəla olan fəlsəfi axınların əksəriyyətinin əsasını yəhudilər qoyublar. Marksism-Kommunizmin qurucusu Marks; təkamül nəzəriyyəsinə söykənən ateizmin banisi Darvin; bütün davranışların çıxış nöqtəsinin “cinsiyyət instinkti” olduğunu iddia edən, Avropa və Amerikada “seks inqilabı”nı başladan, kokaini dünyanın başına bəla edən Freyd; həmçinin ABŞ-da seksualizmi yayan Erik Fromm da yəhudidir. Bunların məqsədi elm adından çıxış edib mənəvi dəyərləri məhv edərək, dinsizliyi və yəhudi əxlaqını toplumlara təlqin etməkdir. Bunların qarşısındakı yeganə güc isə İslamdır. Ona görə də İslamiyyətə və onun gətirdiyi əxlaq sisteminə mütəmadi olaraq hücum edir, onu dəyişdirmək və yox etmək üçün var gücləri ilə çalışırlar. Burada Freyd və Erik Fromun fikirlərinə və onların yanlışığına qısa olaraq nəzər salaq.
Zigmund Freyd.
Zigmund Freyd 1956-cı ildə Avstriyada yəhudi ailəsində anadan olub. İnsanın “heyvandan törədiyini” başlanğıc nöqtəsi olaraq seçmişdir. “Freyd, Darvinizmin ona dərindən təsir etdiyindən və dünyanı qavramada əsaslı dəyişikliyə səbəb olduğundan danışır. Freyd Qərb cəmiyyətində yeni əxlaq formasının inkişafına və seksual azadlıq inqilabının həyata keçməsinə də fikri baxımdan böyük dəstək vermişdir”. (Bilim ve Teknik, n162, s.35) Freyda görə həyat bir tək şüuraltı kanaldan qidalanır. Bu heyvani qaynaq insanın bütün hərəkətlərinə rəqibsizcə istiqamət verən “cinsi” instinktdir. Cinsi instinkt Freyda görə yetkinlik dövründə (adolescence) deyil, uşaq doğulduğu andan meydana gəlir. Yeni doğan körpənin bütün davranışları Freyda görə cinsi instinktin mənalı ifadələridir. Ana məməsini əmmək, məmə yeriylə başbarmağı ilə oynamaq, ananı öpmək Freuda görə cinsi məmnunluq formalarıdır.
“Freyd hər nevrozun təməlində həll olunmamış Odipus kompleksi olduğuna inanırdı. Dörd-beş yaşlarındakı oğlan uşağı özündə ilk cinsi duyğuların oyanması ilə anasına qarşı cinsi istək və bağlılıq duymağa başlayır. Onu yalnızca özününkü etmək üçün də atasını rəqib görür. Bu duyğusu getdikcə atasına qarşı düşmənçilik hiss etməsinə və onu yox edərək yerinə keçmək istəyinin meydana gəlməsinə səbəb olur. Amma atası ondan güclü olduğu üçün həmçinin ondan qorxur” (Bilim ve Teknik, n162, s3). Freyda görə eyni şəkildə qız uşağı da atasını sevir və anasını rəqib olaraq görür. Buna da Elektra kompleksi deyilir.
Freydun “odipus kompleksini” ortaya atmasının səbəbi yəhudi olan ailəsinindəki pozğun münasibətlərdir. Bu münasibətlər isə Muhərrəf Tövratdan qaynaqlanır (Dəyişdirilmiş Tövratda ailə daxili cinsi əlaqədən bəhs edilir).
“Marianne Krüll tərəfindən yazılan “Freud and His Father” adlı kitab California Universitetinin psixologiya professoru olan Alan C. Elms tərəfindən araşdırılmış və Psychology Today jurnalında şərh edilmişdir. Kitabın yazarı “Freydun atasının uşaqlarına təcavüz edən cinsi sapıq (manyak) olduğunu və anasının da ögey oğlu ilə qeyri-rəsmi münasibəti olduğunu bildirir. Hətta, Freydun sözlərinə söykənərək, yazar belə deyir: Freydun həqiqi atası ögey qardaşıdır. Yazara görə Freyd ailəsindəki bu pozğun münasibətlərdən təsirlənərək “odipus complex” nəzəriyyəsini qurmuşdur”. (İnsan və Kainat, sentyabr 1987, s22)
Lakin Freydun bu iddiası tamamilə yanlışdır. Həyatında gerçək sevginin nə olduğunu bilməyən Freyd hər şeyin qaynağını seksə bağlamışdır. “Uşağın həyatında ana tərəfindən qorunma, sevilmə və bəslənmə ehtiyacı həqiqətən də çox önəmlidir. Amma bunun cinsiyyətə söykəndiyi tezisi Freydun yanıldığı məqamdır. Oğlan uşağı, hətta bir çox gənc oğlanın da anasına olan düşkünlük və bağlılıqları cinsi səbəbə dayana bilməz”. (Bilim ve Teknik, n162, s38) Freud qadına həmişə ikinci sinif “əşya” olaraq baxmış, ona cinsi baxımdan, yəni bədəni üçün qiymət vermişdir. Qadını heç bir şey sevə bilməyən duyğusuz varlıq olaraq təqdim etmişdir.
“Qadının kişiyə bərabər olduğu cəmiyyət quruluşu Freyd üçün “düşünülməz” idi. Freyda görə qadın başqasını sevmə qabiliyyəti olmayan, ancaq özünü sevə bilən (narcissist), cinsi baxımdan soyuq varlıqdır. Kişilər qadına ovlanacaq “əşya” olaraq baxırlar. Əldə edilənə qədər tumarlanıb ucaldılan qadın ilk cinsi əlaqə sonunda əldə ediləndə uşaq doğurmaq və yaxşı evdar qadın olmaq üçün atılır. Eynən Freydun öz evliliyindəki kimi.” (Bilim ve Teknik, n162, s36).
Freyd Darvinizmdən yola çıxaraq insan davranışlarının qaynağının “cinsi instinkt” olduğunu iddia etmiş, cinsi məmnuniyyətdən başqa heç nə düşünməyən, idarə edilməyə möhtac və kokaini tapmasıyla da narkotikadan asılı olan nəslin yetişməsinə səbəb olmuşdur. Yəhudi və masonların, siyonizmin dünya hakimiyyətini qurmaq üçün istədiyi nəsil də elə budur.
Freyd kokain haqqında: “Bu möcüzədir dostum... Bəli, həqiqi möcüzə... O tozdan bir çimdik çəkən kimi yorğunluğumdan əsər-əlamət qalmadı. Özümü tük kimi yüngül hiss etməyə başladım. Zehnimi gəmirən problemləri unutdum... İndi özümü dünyaya yeni gəlmiş körpə kimi hiss edirəm... Sadəcə özüm üçün deyil, bütün bəşəriyyət üçün sevinirəm... Kokain sabahların möcüzəvi dərmanı olacaq...” (Hürriyet, 19 may 1984)
Erik Fromm.
Alman əsilli amerikalı psixoanalitik olan Fromm yəhudi ailənin övladıdır. Babaları və dayısı dövrünün tanınmış hahamlarındandır. Fromm gəncliyində yəhudi təhsili alıb, həmçinin Talmud haqqında uzun araşdırmalar aparıb. Həyatı boyu yəhudi əxlaq və fikirlərinin yayılması üçün çalışmışdır. Marks və Freydin fikirlərini mənimsəmiş, bunları birləşdirməyə çalışmışdır. Yeni Freydçiliyun qurucularındandır. “İlk dəfə 20 yaşımda maraqlandığım Freyd və Marksın düşüncələrini həvəslə qəbul etdim.” (E.Fromm, Yeni bir insan, s17) Darvnizmə söykənərək davranışların təməlində seksuallığın olduğunu iddia edən Freydin fikirləri ilə Kommunizmin qurucusu Marksın fikirlərindən təsirlənən Fromm kommunal cəmiyyətə keçid üçün amerikan gəncliyini tərbiyələndirmiş, Amerikada seksual inqilabın başlamasında böyük rolu olmuşdur. Ailəyə qarşıdır. “Bioloji təkamül içində insan, heyvanların təkamül dövründə iki müxtəlif meylin kəsişmə nöqtəsində tarix səhnəsinə çıxmışdır.” (E.Fromm, Sahib olmak ya da olmak, s.211) Kainatdakı müqayisə edilməz sistemlərin, ən incə detallarına qədər hesablanmış bütün kompleks quruluşların təsadüfən meydana gəldiyini qəbul edən Fromm həy şeyin sonsuz qüdrət sahibi Allah (c.c.) tərəfindən yaradıldığını anlamamışdır.
“Həqiqi dindar tanrıya yalvarmamalı, ondan heç nə istəməməlidir. Tanrı artıq onun üçün uğrunda çalışdığı hər şeyin simvoludur” deyərək masonik tanrını ən gözəl şəkildə izah etmişdir. (E.Fromm, Sevme Sanatı, s73)
WwW.Birlik-Az.Biz
|