İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın Türkiyəyə etdiyi tarixi əhəmiyyətli səfəri davam edir. Gözlənildiyi kimi Əhmədinejad cümə namazını qılmaq üçün bu gün məscidə gəldi. Əhmedinejad və onunla bərabər gələn heyət Cümə namazı qılmaq üçün məscidə gəldilər.
Əhmedinejad, sıx təhlükəsizlik tədbirləri altında məscidin yan tərəfindəki Zəncirli Qapı olaraq adlandırılan hissədən məscidə daxil oldu.
Məscid ətrafına təhlükəsizlik baryerlərinin qurulduğu və sıx təhlükəsizlik tədbirlərinin alındığı gözə dəyirdi. Namaz qılmaq üçün məscidə gələn vətəndaşlar, üst-başlarının axtarışından sonra içəriyə buraxıldı. Məscidə çanta, fotoaparat, kamera və paketlərlə girmək istəyənlərə isə icazə verilmədi.
İran Respublika başçısı Mahmud Ahmedinejadın məscidə gəlişindən əvvəl, bir polis vertolyotu təhlükəsizlik məqsədiylə məscid ətrafında dövrə vurdu.
Cümə namazı üçün Dövlət Naziri Məmməd Şimşək də Sultanəhməd Məscidinə gəldi. Məscidə gələn İstanbul Qubernatoru Muammer Gülər, İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Qədr/qadir Topbaş və İstanbul El Təhlükəsizlik Müdiri Celalettin Cərrah, ətrafda təhlükəsizlik tədbirlərini nəzarət etdikdən sonra içəri girdilər.
CÜMƏ NAMAZI SİYASİ HƏMLƏDİRMətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Əhmedinecad, bu gün Sulatanəhməd Məscidində edəcəyi Cümə Namazı ilə əlaqədar jurnalistlərin suallarını cavabıandırdı. "Bir azdan buradan çıxıb, bir Osmanlı Sünni Məscidində Cümə Namazı qılacaqsınız. Xüsusilə Cümə Namazı İranda siyasi bir məsələdir.
Bu namaz da siyasi olacaqmı?" jurnalistin təxribat xaraklerli sualına, Əhmədinejad "Bu çox böyük siyasi bir həmlədir" deyə cavab verdi. Sultanəhməddə Cümə Namazı qıkmaqdan ötəri çox xoşbəxt olduğunu söyləyən Əhmedinecad, özünün Sultanahmetdə olmasının böyük bir siyasi hadisə olduğunu, Cümə Namazı, ibadət və siyasətin yan-yana gələn bir şey olduğunu söylədi. "Mənim orada Türklərlə olmağımın səbəbi, onların yanında və onlarla birlikdə olduğumun göstəricisidir. Bu çox böyük siyasi bir həmlədir."
Verilən ən son xəbərlərə görə Mahmud Əhmədinejad Sultanəhməd məscidinin içərisinə ayaq basan kimi məscid əhli hamı birlikdə "Allah Əkbər" sədası ilə prezidenti qarşılamaq üçün ayağa qalxıblar. Məscidin imamı Hatibi Emrullah Hatib oğlu belə camaatı şüarlar səsləndirməməyə və əgər kim istəyirsə şüarları məscidin çölündə səsləndirə bilməsi kimi etiraz edib. Cammat isə öz növbəsində sadəcə olaraq Allahın böyüklüyünə şəhadət gətirdiklərini bildiriblər.
WwW.Birlik-Az.NeT