Главная » 2008»Avqust»16 » Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Hacı Allahşükür Paşazadə ilə də görüşüb
07:12
Amerika Yəhudi Komitəsinin nümayəndə heyəti Hacı Allahşükür Paşazadə ilə də görüşüb
Bütün Qafqazın Şeyxi qonaqlara Azərbaycan xalçaları hədiyyə edib
Amerika Yəhudi Komitəsinin icraçı katibi Devid Allan Harrisnin rəhbərlik etdiyi nümayəndə heyətinin bu gün bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə də görüşü olub. Görüşdə Hacı Allahşükür Paşazadə Azərbaycanın tolerant ölkə olduğunu deyərək bildirib ki, burada dinlər arasında fərq qoyulmur və onların hamısı Azərbaycanda özlərini öz ölkəsindəki kimi hiss edirlər. Amerikalı qonaq isə bütün dinlərə bu cür yanaşmasına görə, Hacı Allahşükür Paşazadəyə öz minnətdərlığını bildirərək əlavə edib ki, din bütün insanları bir araya gətirir və münaqişələrin həllində müstəsna rola malikdir. Görüşün sonunda bütün Qafqazın şeyxi iştirak edən hər bir nümayəndə heyətinə Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətini əks etdirən fotoalbom və Azərbaycan xalçalarını hədiyyə edib