Avqsutun 31-i saat 21.00 radələrində Bakı - Sumqayıt yolunun 16-cı kilometrliyində ağır yol nəqliyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobilin qreyderlə toqquşması nəticəsində 3 nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Ölənlərin şəxsiyyətini müəyyən etmək mümkün olub. Bunlar- Bakı şəhər sakinləri - Emil Ağamirzə oğlu Əliyev, Abdulla Rauf oğlu Mahmudov və İbrahim Aydın oğlu Hüseynovdur. Maşında olan digər sərnişin İntiqam Şəmistan oğlu Xəlilov isə ağır vəziyyətdə kliniki tibbi mərkəzə aparılıb. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsinə yerləşdirilib.Bu gün saat 6:15 radələrində düyasın dəyişib.
VErilən məlumata görə, “Mercedes” Sumqayıtdan-Bakı istiqamətində hərəkət edərkən, yol tikintisi gedən ərazidə sürücü qəfldən idarəetməni itirib. Təxminən 50 metr məsafədə dərəyə yuvarlanandan sonra qreyderə çırpılıb. Nəticədə maşın yararsız vəziyyətə düşüb. "Mercedes" tamamilə əzildiyindən cəsədlər və yaralı avtomobildən çətinliklə çıxarılıb.
Qeyd edək ki, ölənlər Xırdalan şəhərində yerləşən tibbi patoloji anatomiya mərkəzinə aparılıblar. Maşında olanların hamısı 23-28 yaşında gənclər olub. Qreyderin sürücüsü Mənsur Ramazanlı isə ərazidə torpaq yayırmış. Dediyinə görə, maşının nə vaxt və necə gəldiyini görməyib.
(Abşeron rayon Polis Şöbəsinin müstəntiqi Adil Ələsgərovun ANS TV-yə verdiyi məlumata görə, hadisəyə ilkin səbəb avtomobilin yüksək sürətlə idarə olunmasıdır. Faktla bağlı Abşeron rayon Polis Şöbəsində 263-cü maddəsi (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) cinayət işi açılıb. /ANS TV/)
ALLAH SİZLƏRƏ RƏHMƏT ELƏSİN QARDAŞLARIM.
AMİN....