ISLAM DUNYASI Cüme, 26.04.2024, 02:51
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Sentyabr » 1 » Ramazan ayında gündəlik ediləcək dualar
    18:51
    Ramazan ayında gündəlik ediləcək dualar
    Ramazan ayında gündəlik ediləcək dualar
     

     

    Birinci günün duası-İlahi, bugünkü orucumu həqiqi oruc tutanların oruclarından et! Məni qəflətdə olanların qəflət yuxusundan oyat və bağışla!

    İkinci günün duası- İlahi, bu gündə məni Öz qəzəbindən uzaq et! Quranı oxumağa, dərk etməyə və buyruqlarını yerinə yetirməyə müvəffəq et!

    Üçüncü günün duası- İlahi, bu gündə mənə aydınlıq ver, boş danışıqlardan qoru. Hər bir xeyirdən mənə də nəsib et, ey ehsan edənlərin ən yaxşısı!

    Dördüncü günün duası- İlahi, bu gündə göstərişlərini icra etmək üçün mənə güc ver! Sənə şükür etməyi mənə ilham et və eyiblərimi aradan götür!

    Beşinci günün duası- İlahi, bu gündə məni bağışlanmaq istəyənlərdən və saleh şəxslərdən et!Ey rəhm edənlərin ən rəhimlisi!

    Altıncı günün duası- İlahi, bu gündə məni günah etdiyimə görə rüsvay etmə, cəzalandırma. Mənə qəzəbinə səbəb olan şeylərdən uzaq et!

    Yeddinci günün duası- İlahi, bu günün orucunu tutub, ibadətlərimi yerinə yetirməkdə mənə kömək et. Bol ruzi nəsib et və yolumu azmağa qoyma!

    Səkkizinci günün duası- İlahi, bu gün yetimlərə rəhm, ehtiyaclılara yardım etməyi, salam verməyi, yaxşı insanlara yoldaş olmağı mənə nəsib et!

    Doqquzuncu günün duası- İlahi, bu gündə etdiyim səhvlərə görə məni bağışla və rəhmətini məndən əsirgəmə. Məni gözəl işlər görməyə sövq et!

    Onuncu günün duası- İlahi, bu gündə məni sənə təvəkkül edənlərdən, Səndən heç vaxt ümidini kəsməyənlərdən et. Qəlbimi rahat et!

    On birinci günün duası- İlahi, bu gündə yaxşılıq etməyi mənə sevdir, pis işlərə qarşı nifrət yarat. Qəzəbini məndən uzaq et!

    On ikinci günün duası- İlahi, bu gündə məni şükür edənlərdən, ədalətli və insaflı et və qorxduğum hər şeydən qoru! Ey gözəl Allahım!

    On üçüncü günün duası- İlahi, bu gün məni bütün çirkinliklərdən təmizlə. İnsanlara olan qorxumu yox et. Sənə olan qorxumu isə gücləndir!

    On dördüncü günün duası- İlahi, bu gün xətalarıma görə məni cəzalandırma. Valideynlərimə qarşı mərhəmətli et, bəlalara düçar etmə!

    On beşinci günün duası- İlahi, bu gün məni kinli olmaqdan, kiminsə qeybətini etməkdən çəkindir! Ey böyük kərəm sahibi!

    On altıncı günün duası- İlahi, bu gün məni yaxşı insanlarla əhatə et, pislərdən isə qoru! Mərhəmətini əsirgəmə, Cənnəti mənə nəsib et!

    On yeddinci günün duası- İlahi, bu gün məni söyüş söyməkdən, qəlb qırmaqdan, yalandan uzaq et. Bütün günümü xeyir işlərlə bəzə!

    On səkkizinci günün duası- İlahi, məni bu gündə səhərin bərəkəti üçün oyat. Bütün bədən üzvlərimə, əzalarıma Sənə itaət etməyi əmr et!

    On doqquzuncu günün duası- İlahi, bu gün mənə bərəkət yetir, oruc tutmaq üçün güc, səbir, sağlamlıq bəxş et. Məni haqq yoluna yönəlt!

    İyirminci günün duası- İlahi, bu gün Cənnət qapılarını üzümə aç. Məni qonşularıma, qohumlarıma qarşı mehriban, güzəştə gedən et!

    İyirmi birinci günün duası- İlahi, bu gün məni düz yola yönəlt. Şeytanın mənə hakim olmasını qoyma! Məni Cəhənnəm odundan qoru!

    İyirmi ikinci günün duası- İlahi, bu gün üzümə xeyirli qapıları aç! Evimi, işimi bərəkətli et! Xəstəlikləri, əzablı ölümü qismətimə yazma!

    İyirmi üçüncü günün duası- İlahi, bu gün məni günahdan təmizlə, qəlbimi Allah qorxusu ilə saflaşdır. Ey Qadir Allah, məni günahdan uzaq et!

    İyirmi dördüncü günün duası- İlahi, bu gün canımı sağ et. Elə et ki, nəfsimə tabe olmayıb güclü olub Sənin dediklərinlə oturub-durum!

    İyirmi beşinci günün duası- İlahi, bu gün məni Həzrət Məhəmmədin sünnətinə əməl edənlərdən et. Buyruqlarını sevgilə etməyi nəsib et!

    İyirmi altıncı günün duası- İlahi, bu gün savab əməllərimi mükafatlandır, günahlarımı bağışla və bütün eyiblərimi pərdələ!

    İyirmi yeddinci günün duası- İlahi, bu gün bilərək və bilmədən etdiyim günahlarımı bağışla, çətinliklərimi asanlaşdır. Mənə uzun ömür ver!

    İyirmi səkkizinci günün duası- İlahi, bu gün xeyir işlərimi artır, bütün dualarımı eşit. Ailəmi, sevdiklərimi qoru, məni onlardan ayırma!

    İyirmi doqquzuncu günün duası- İlahi, bu gün şəxsi həyatımı, işimi uğurlu et. Elə et ki, ən kiçik günah gözümdə böyük görsənsin və günah etdikdə dərhal tövbə edib Sənə qayıdım!

    Otuzuncu günün duası- İlahi, tutduğum oruclarımı qəbul et. Dilimdən, əlimdən pislik gəlibsə, məni bağışla. Ramazan boyu dilədiyim arzularımı çin et! Həmd olsun Allaha!

    Просмотров: 1127 | Добавил: ZehrayiNur
    Всего комментариев: 1
    01.09.2008
    1. Zehra (Fatimeyi-Zehra) [Material]
    Bunun ferqi varki hansi duani oxuyursan? wacko Allah qebul Etsin.. Amin smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz