ISLAM DUNYASI Cüme axşamı, 21.11.2024, 14:29
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Sentyabr » 2 » “Əbu Bəkr” məscidindəki partlayışa görə məsuliyyəti «Əbdülməcid» ləqəbli İlqar Mollaçiyev daşıyır.
    23:37
    “Əbu Bəkr” məscidindəki partlayışa görə məsuliyyəti «Əbdülməcid» ləqəbli İlqar Mollaçiyev daşıyır.

    “Əbu Bəkr” məscidindəki partlayışa görə məsuliyyəti «Əbdülməcid» ləqəbli İlqar Mollaçiyev daşıyır

    Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq məsciddə baş vermiş partlayışla bağlı məlumat yayıb

    Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi (MTN) və Baş Prokurorluğu “Əbu Bəkr” məscidində baş vermiş partlayışla bağlı məlumat yayıb. Məlumatda deyilir ki, 17 avqust 2008-ci il tarixində saat 20:50 radələrində Bakı şəhəri, Ülvi Bünyadzadə küçəsində yerləşən “Əbu Bəkr” məscidinə naməlum şəxs tərəfindən atılmış əl qumbarasının partlaması nəticəsində iki nəfər hadisə yerində ölüb, 18 nəfərin sağlamlığına müxtəlif dərəcəli zərər yetirilib.

    Hüquq-mühafizə orqanlarının nümayəndələri hadisə yerində olub, həmin qurumların əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Faktla bağlı Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb və istintaqın sonrakı gedişi zamanı baş vermiş cinayət hadisəsində terrorçuluq əlamətləri olduğundan istintaqın aparılması MTN-in İstintaq Baş İdarəsinə həvalə olunub.

    MTN tərəfindən keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, cinayətdə şübhəli bilinən şəxslər, əslən Zaqatala rayonundan olan, Şimali Qafqazdakı qanunsuz silahlı birləşmələrin tərkibində iştirak edib, özünü «Dağıstan camaatı»nın əmiri elan edən «Əbdülməcid» ləqəbli İlqar Mollaçiyev, onun qaynı «Süleyman» ləqəbli Samir Mehdiyev və onlarla cinayət əlaqəsində olan radikal dini təmayüllü digər şəxslərdir.

    Hələ 2007-ci ildə MTN tərəfindən «Meşə qardaşları» adlı silahlı birləşmə zərərsizləşdirilib, onun 17 nəfər üzvü, o cümlədən liderlərindən biri - «Əbu Cəfər» ləqəbli Naif Abdulkərim Əl-Bedevi həbs edilərək məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunublar. Həmin silahlı birləşməyə başcılıq edənlərdən biri İlqar Mollaçiyev, onun qaynı Samir Mehdiyev və qeyriləri barəsində isə cinayət təqibi davam etdirilir.

    Məlum olub ki, İlqar Mollaçiyev və Samir Mehdiyev «Meşə qardaşları» adlı silahlı birləşmənin fəaliyyətini bərpa etməyi, respublikanın şimal rayonlarında qanunsuz hərbi birləşmələr yaratmağı və ümumən Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına yönəlmiş terrorçuluq əməlləri törətməyi planlaşdırıblar. MTN tərəfindən bu cinayətkar niyyətlərin qabaqlanması üçün xüsusi əməliyyat hazırlanaraq həyata keçirilib. Görülən təxirəsalınmaz tədbirlər nəticəsində 13 nəfər yaxalanaraq təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunub və barələrində həbs-qətimkan tədbiri seçilib. Onlara məxsus çoxlu sayda odlu silah və döyüş sursatı, partlayıcı qurğular və sxemləri, hazırlanma təlimatları, xüsusi rabitə vasitələri, müxtəlif xəritələr, dağ-meşə şəraitində döyüş taktikası üzrə metodiki vəsaitlər, hərbi təyinatlı ləvazimatlar və sair aşkar olunaraq götürülüb.

    Həmin şəxslərdən Sumqayıt şəhər sakinləri - Taleh Məhərrəmov və Samir Babayev üzv olduqları silahlı birləşmənin fəaliyyəti, plan və niyyətləri barədə ətraflı ifadələr veriblər. Onlar bildiriblər uşaqlıq dostları olan Samir Mehdiyev və digərləri ilə bir yerdə dini mövzuda söhbət edərkən «Əbu Bəkr» məscidində ibadət edənləri qınayıb, onları İslam dinindən kənar sayıb və cihad etmək barədə fikir mübadiləsi aparıblar. Bununla əlaqədar, Azərbaycanda cihad etmək məqsədilə Samir Mehdiyev İlqar Mollaçiyevin göstərişinə əsasən, dini radikallığa meylli şəxslərdən ibarət «Meşə qardaşları» adlı silahlı birləşmənin fəaliyyətini yenidən bərpa etməyə çalışıb.

    Bu məqsədlə Samir Mehdiyev dini radikallığı ilə seçilən dostları - Taleh Məhərrəmov, Samir Babayev, Fariz Məmmədov, Elşən Allahverdiyev, Zabit Şıxbabayev və digərləri ilə yenidən əlaqə yaradıb. Azərbaycanda cihadı təşkil etmək üçün 2008-ci il iyulun 19-da İlqar Mollaçiyev, Samir Mehdiyev və daha iki nəfər Azərbaycanın dövlət sərhədini qanunsuz keçərək həmin şəxslərin yardımı ilə Bakı və Sumqayıt şəhərlərinə gəliblər.

    İlqar Mollaçiyev və Samir Mehdiyevin planına əsasən, ümumilikdə «Meşə qardaşları» silahlı birləşməsinə daxil olan «Sumqayıt camaatı» adlı birinci qrupun üzvləri Bakıda qarətlər törətməli, əldə edilən pul hesabına silah-sursat tədarükü görməli, terrorçuluq hərəkətləri həyata keçirməli, «Quba və Qusar camaatı» adlı ikinci qrupun üzvləri isə respublikanın dağ-meşə massivində hərbi düşərgələr yaratmalı idilər. Bu məqsədlə silahlı dəstənin üzvləri tərəfindən artıq Azərbaycanın Quba və Qusar rayonları ərazisində xüsusi blindajlar hazırlanıb, silah və döyüş sursatı əldə edilib, ərzaq ehtiyatı yaradılıb.

    Taleh Məhərrəmov və Samir Babayev ifadələrində «Əbu Bəkr» məscidində baş vermiş hadisənin İlqar Mollaçiyev və Samir Mehdiyev tərəfindən törədilməsini yəqin etdiklərini və bu barədə fikirlərini Samir Mehdiyevə bildirdiklərini göstəriblər. Sonuncu həmin cinayətin həqiqətən də onlar tərəfindən törədildiyini, lakin bunun gizli saxlanılmasını tapşırıb.

    Mütəşəkkil fəaliyyət göstərən bu dəstənin bütün üzvlərinin müəyyən edilməsi və cinayət məsuliyyətinə cəlb olunması, işin bütün hallarının araşdırılması üçün təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

    © 2008 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad

    Просмотров: 1014 | Добавил: azeri-islam
    Всего комментариев: 2
    04.09.2008
    2. ZehrayiNur (ZehrayiNur) [Material]
    Tutduqlari is hec de yaxsi deyildi.

    02.09.2008
    1. Zehra (Fatimeyi-Zehra) [Material]
    cry ....... her nede olasa kimise oldurmek... hecde yaxsi is deyil..

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Sentyabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    2930
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz