Bu il Sentyabr ayını 19-u müqəddəs Ramazan ayının ilk Qədr gecəsinə təsadüf edir.
İslami hədislərə əsasən belə ehtimal edilir ki, Ramazan ayının 19, 21, 23-cü gecələrindən biri Qədr gecəsidir. Qədr gecəsi Quranın nazil olduğu gecəsidir. Belə ki, Allahu-təala (c.c.) Qurani-Kərimdə buyurur: "Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsi nazil etdik!" (Qədr surəsi, ayə 1) Beləliklə, bu mətləb ayrı-ayrı surələrdə müxtəlif şəkillərdə açıqlanır. Məsələn, Bəqərə surəsində buyurur: "(Mübarək) Ramazan ayı elə bir aydır ki, Quran bu ayda nazil edilmişdir" (Bəqərə surəsi, ayə 185) Yuxarıda qeyd etdiyimiz ayələrdən belə nəticə alırıq ki, Qədr gecəsi mübarək ramazan ayının gecələrindən birinə təsadüf edir. Qədr gecəsinin mübarək bir gün olduğu barədə Allahu-təala (c.c.) Duxan surəsində belə buyurur: "Biz Quranı mübarək bir gecədə (Qədr gecəsində) nazil etdik" (Duxan surəsi, ayə 3).
QƏDR GECƏSİNİN ƏMƏLLƏRİ
Əhya saxlayan şəxsə aşağdakı əməlləri yerinə yetir mək müstəhəbdir (xeyirli və savablıdır):
1)Qüsl etmək: Qüsl edərkən belə niyyət etməlidir ki, əhya gecəsinin qüslünü edirəm qürbətən iləllah. Bu qüslun böyük savabı vardır.
2)Ehya saxlamaq: Yəni səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılıyaraq deyir, ilahi Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərədək oyaq qalıb onu qarşılayıram.
3)Məscidə getmək: Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni Ey Allahım bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm.
4)Qədr gecəsinin namazı: Qədr ggecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam (məğrib) və xiftən (işa) namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir.
Niyyət: Qədr gecəsinin namazını qılıram qürbətən iləllah. Sübh namazı kimi iki rükətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul hüvəllhah) surəsi oxunulmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə ''əstəğfirullahə və ətubu iləyh'' deyilir.
İmam Sadiq (ə) buyurur ki, hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə ''əstəğfirullahə və ətubu iləyh'' deyərsə səcdədən qalxmamış Allah onun özünün və ata anasının günahlarını bağışlayar.
5)Quran duaları: Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və azirət istəklərini bildirmək. Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam. Həzrət Peyğəmbər(s) buyurur: ''Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər.'' (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)
Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki, Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehdiyaclarımı diləyirəm.
Əvvəl Qurnaı açıb, surətin müqabilində tutub bu duanı oxuyuruq:
''Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utəqaikə minnən-nar. Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini 10 dəfə deyirik:
1.Bikə ya Allah (10 dəfə)
2.Bi Mühəmmədin (s) (10 dəfə)
3.Bi Əliyyin (ə) (10 dəfə)
4.Bi Fatimətə (s.ə) (10 dəfə)
5.Bil Həsəni (ə) (10 dəfə)
6.Bil Hüseyni (ə) (10 dəfə)
7.Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)
8.Bi Mühəmməd ibn Əli (ə) (10 dəfə)
9.Bi Cəfər ibn Mühəmməd (ə) (10 dəfə)
10.Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
11.Bi Əli ibn Musa (ə) (10 dəfə)
12.Bi Mühəmməd ibn Əli (ə) (10 dəfə)
13.Bi Əli ibn Mühəmməd (ə) (10 dəfə)
14.Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15.Bil Hüccəti (ə.c) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu andlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6)İmam Əli (ə) və İmam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.
7)100 rükət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabın ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8)Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək. (''Əllahummə səlli əla Mühəmmədin və ali Mühəmməd'')
9)Cövşən-Kəbir duasını oxumaq.
10)Həzrət Əlinin qatilinə lənət oxumaq. Yüz dəfə ''Əllahummələn qətələtə Əmiril-möminin'' (Yəni ey Allah Əlinin qatillərinə lənət et.)
11) ''Yüz dəfə Əstəğfirullahə rəbbi və ətubu iləyh'' demək və tövbə etmək. Bu əməlin mənası belədir ki, insan keçmişdə etdiyi günahlardan peşman olubgələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni ki, Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm.
ABT DİNİ KATİBLİK
|