İstanbulda baş vermiş fırtına bir nəfərin ölümü ilə nəticələnib
Cümə namazı vaxtı başlayan fırtına əsasən məscidlərin həyətlərində namaz qılan möminlər üçün çətinliklər törədib
Türkiyənin İstanbul şəhərində baş vermiş fırtına tələfatla nəticələnib. Türkiyə mətbuatının yaydığı məlumata görə,cümə namazı vaxtı başlayan fırtınalı əsasən məscidlərin həyətlərində namaz qılan möminlər üçün çətinliklər törədib. Xəbərdə, şiddətli fırtına nəticəsində İstanbulun Şişli rayonundaki “Kuştepe” məscidinin minarəsinin yıxıldığı da bildirilir. Dağıntılar altında qalan bir şəxs isə hadisə yerindəcə keçinib.
Bundan başqa şəhərin müxtəlif yerlərində fırtına nəticəsində ağaclar aşıb, evlərin damı üçüb, avtomobillərə ziyan dəyib. Bəzi yerlərdə isə avtomobil yollarında hərəkət dayandırılıb. Xəbər mənbəyi Bosfor boğazında bir qayığın batdığını da deyib. /ANS PRESS/
|