Главная » 2008»Oktyabr»2 » «ƏBU BƏKR» MƏSCİDİNİN PARTLADILMASINDA İŞTİRAKÇI OLAN «MEŞƏ QARDAŞLARI» TƏŞKİLATININ 25 ÜZVÜ HƏBS OLUNUB»
20:35
«ƏBU BƏKR» MƏSCİDİNİN PARTLADILMASINDA İŞTİRAKÇI OLAN «MEŞƏ QARDAŞLARI» TƏŞKİLATININ 25 ÜZVÜ HƏBS OLUNUB»
Baş prokuror: «Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, dəstə üzvlərinin əksəriyyəti həbs olunub, onlar tərəfindən hər hansı hadisənin törədilməsi istisna olunur»
ANS PRESS-in məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında baş prokuror Zakir Qaralov məlumat verib. Baş Prokuror Əbu Bəkr məscidinin partladılmasında iştirakçı olan «Meşə qardaşları» təşkilatının 25 üzvünün həbs olunduğunu bildirib: «Terror aktı ilə bağlı istintaq-əməliyat tədbirləri intensiv şəkildə davam etdirilir. Qusar bölgəsində də axtarışda olan müəyyən cinayətkarların tutulması üçün tədbirlər həyata keçirilir. Terror aktının törədilməsində dəstə ilə bilavasitə əlaqəsi olan Sumqayıt şəhər sakini Elnur Baxşıyev həbs olunub. Bəzi şəxslər həbs olunmadığından geniş məlumatın verilməsi ləngidilir. Azərbaycan ictimaiyyəti tam əmin ola bilər ki, dəstə üzvlərinin əksəriyyəti həbs olunub, onlar tərəfindən hər hansı hadisənin törədilməsi istisna olunur».