Fələstin İslami Müqavimət Hərəkatı "HƏMAS"ın siaysi lideri Xalid Məşəl, Fransanın "Le Figaro" qəzetinə verdiyi müsahibədə, İsrailə etibar olmadığı üçün Gilad Şalit görüşlərinin çıxılmaz vəziyyətdə olduğunu söyləyib.
Le Figaro müxbirinin "bir çox İsrailli sizin onları dənizə tökməyi istədiyinizi söyləyir" sualına "Doğru deyil. Bizim Yəhudilərlə heç bir problemimiz yoxdur. Bizim problemimiz torpaqlarımızı işğal edən və haqqlarımızı qəsb edənlərlədir." şəklində cavab verib. Yeni İ
... Arxasını oxu »
Azərbaycan Respublikasında Prezident seçkiləri ərəfəsində hicablı vətəndaşlar hələ də şəxsiyyət vəsiqələrini əldə edə bilmədiyindən, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya müraciət yönəltmişlər. Müraciəti 400 hicablı vətəndaş imzalamışdır. Belə ki, artıq 10 ilə yaxındır ki, Azərbaycanda islam dininə mənsub olduğunu öz həyat tərzində birmənalı şəkildə ifadə edən 4000-ə yaxın xanım, baş örtüyündə olduqlarına görə, vətəndaşlığı təsdiq edən sənədi ala bilmir və ya yaşadıqları ünvan, ailə vəziyyəti, soyadı dəyişildikdən sonra şəxsiyyət vəsiqələrini təzələyə bilmirlər.