Fələstin İslami Müqavimət Hərəkatı "HƏMAS"ın siaysi lideri Xalid Məşəl, Fransanın "Le Figaro" qəzetinə verdiyi müsahibədə, İsrailə etibar olmadığı üçün Gilad Şalit görüşlərinin çıxılmaz vəziyyətdə olduğunu söyləyib.
Le Figaro müxbirinin "bir çox İsrailli sizin onları dənizə tökməyi istədiyinizi söyləyir" sualına "Doğru deyil. Bizim Yəhudilərlə heç bir problemimiz yoxdur. Bizim problemimiz torpaqlarımızı işğal edən və haqqlarımızı qəsb edənlərlədir." şəklində cavab verib. Yeni İsrail hökumətinin Gilat Şalit mövzusunda fərqli addım atacağından şübhə etdiyini ifadə edən Xalid Məşəl, "Fələstinlilər İsraildəki bir hökumət dəyişikliyinin rejimin strategiyasında nadir olaraq dəyişikliklərə gətirib çıxardığını təcrübə etmişlər" deyib. Mübadilə görüşlərinin davam etməsinin yeganə yolunun "HƏMAS"ın ortaya qoyduğu şərtlərin qəbul edilməsindən keçdiyini ifadə edən Xalid Məşəl "İsrail rəhbərliyinin üst səlahiyyətliləri bizim istəklərimizi qəbul edənə qədər ciddi bir görüşün olması mümkün deyil" deyərək ortaya qoyulan şərtlərdə güzəştə getməyəcəklərini bildirib.