İraqda "Sədr" Hərəkatı lideri Muqtəda Sədr, dünənki Cümə xütbəsində İraq Hökumətindən işğalçıları İraqdan çıxartmasını istəyib.
İraq Sadr Hərəkəti lideri Muqtəda Sədr, İraq hökumətinə ünvanladığı çıxışında, ABŞ ilə təhlükəsizlik razılaşmasını imzalamamasını və həbsxanalardakı məhbusların sərbəst buraxılması üçün iş görmələrini istəyib. İraqda Kufə məscidinin İmam Camatı Şeyx Əsəd Ən-Nasiri tərəfindən oxunan xütbəsində Muqtəda Sədr, "İraq hökumətini, işğalçıları ölkədən çıxartmağa, təhlükəsizlik razılaşmasını imzalamamağa, Amerika və İraq həbsxanalarındakı məhbusları azadlığa buraxmağa çağırıram" deyib.
Muqtəda Sədrın oxunan xütbəsi və qılınan Cümə namazından sonra iraqlılar, Amerikan işğalına etiraz olaraq etiraz aksiyası keçiriblər. Aksiya zamanı Amerika və İsrailin bayraqları yandırılıb, Amerika ilə imzalanması gözlənilən təhlükəsizlik razılaşması pislənib.
ABŞ əleyhinə keçirilən aksiyada iraqlılar "Təhlükəsizlik razılaşması qanuna və konstitusiyaya zidddir", "İraqın Amerika tərəfindən müstəmləkələşdirilməsinə icazə verməyəcəyik" yazılı pankartlarından istifadə ediblər. Qeyd edək ki, Kufədən başqa İraqın digər şəhərlərində də təşkil edilən təhlükəsizlik razılaşmasına etiraz olaraq aksiyalarında minlərlə iraqlı iştirak edib.
www.birlik.az
|