ISLAM DUNYASI Cüme axşamı, 21.11.2024, 14:31
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Oktyabr » 5 » ERMƏNİSTAN AZƏRBAYCANI SİFARİŞLİ QƏTLDƏ İTTİHAM ETDİ.
    17:03
    ERMƏNİSTAN AZƏRBAYCANI SİFARİŞLİ QƏTLDƏ İTTİHAM ETDİ.
    Ermənistanın Baş Prokurorluğu politoloq Levon Məlik-Şahnazaryana qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işini dünən məhkəməyə göndərib. Prokurorluğun rəsmi ittihamında deyilir ki, bu ilin aprelində Məlik-Şahnazaryanı öldürmək istəyən iki erməni Azərbaycan hakimiyyətindən sifariş alıb.
     
    “Novosti Armenia” agentliyinin xəbərinə görə, ittiham aktında deyilir ki, bu il aprelin 28-də A.Ağababayan və Q.Koncaryan Gürcüstanın Marneuli rayonunda milliyyətcə azərbaycanlı olan Əhən adlı şəxslə görüşüb.
    Ondan Məlik-Şahnazaryanı “Azərbaycan rəhbərliyi haqqında internet saytlarında etdiyi çıxışlara və ölkənin siyasətini tənqid edən açıqlamalarına görə” öldürmək haqda sifariş alıblar. Bu iş üçün onlara 10 min dollar vəd edilib, planı həyata keçirmək üçün isə bəri başdan 500 dollar verilib. Ağababayan və Koncaryan bu təklifə razılaşıblar.
    Bir neçə gündən sonra onlar Məlik-Şahnazaryanın mobil telefonunu, iş yerini və evinin ünvanını müəyyən ediblər. Hazırlıq işlərindən sonra onlar tanışlarından barabanlı tapança əldə ediblər. Aprelin 23-də Ağababayanla Koncaryan Məlik-Şahnazaryanın yaşadığı Kotaysk rayonunun kəndinə gediblər. Ağababayan əraziyə nəzarət edib, Koncaryan isə hasardan keçərək üç metr məsafədən Məlik-Şahnzaryanın oturduğu otağa atəş açıb. Ancaq güllə pəncərənin metal çərçivəsinə dəyib və istiqamətini dəyişib.
    “Ağababayan və Koncaryan öz planlarını həyata keçirə bilməsələr də aprelin 29-dan mayın 7-dək Məlik-Şahnzaryana müntəzəm olaraq zəng edərək ondan açıqlama və çıxışlarını dayandırmağı tələb ediblər, əks halda öldürüləcəyini deyiblər. Məlik-Şahnazaryan isə bu danışıqları telefona yazıb”- deyə ittiham aktında bildirilir. Prokurorluq iddia edir ki, istintaq Məlik-Şahnazaryana qarşı sui-qəsd cəhdinin onun peşə fəaliyyəti ilə bağlı olduğunu sübuta yetirib.
    Qeyd edək ki, L.Məlik-Şahnazaryan əslən Gəncə ermənisidir, Dağlıq Qarabağda separatçı fəaliyyətdə iştirak edib, hazırda Ermənistanda politoloq kimi fəaliyyət göstərir və Azərbaycana qarşı xüsusi düşmənçiliyi ilə tanınır. Məlik-Şahnazaryan həqiqətən də Rusiya və Ermənistan KİV-ində Azərbaycan və onun rəhbərliyi haqqında sərsəm iddialarla çıxış edib, lakin o, Ermənistanın özündə qeyri-ciddi adam kimi tanınır. Bu baxımdan Ermənistan hüquq-mühafizə orqanlarının Məlik-Şahnazaryanı öldürmək istəyən iki erməninin bu iş üçün Azərbaycandan 500 dollar alması haqda iddiasının siyasi təbliğat məqsədi güddüyünə şübhə yoxdur.

    musavat.com
    Просмотров: 831 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz