Topluda Berlin şəhərində «Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf» mövzusuna həsr olunmuş konfransla bağlı ətaflı məlumat verilib
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəşri olan «Dövlət və din» ictimai fikir toplusunun növbəti 3-cü sayı çapdan çıxıb. Topluda Berlin şəhərində «Azərbaycanda çoxsaylı dinlərin birgə yaşayışı: dini tolerantlıq və ictimai inkişaf» mövzusuna həsr olunmuş konfransla bağlı ətaflı məlumat verilib.
Toplunun «Cəmiyyət və din» bölməsində «Məzhəblər-din rahatlığı, yoxsa dini qarşıdurma», «Dini qurumlarda işləyən vətəndaşların əmək hüquqları», «Azərbaycan İncilin səhifələrində», «İslam həqiqətləri» bölməsində «Quran anımsallağına dair bəzi qeydlər», «İslam numizmatikasının səciyyəvi xüsusiyyətləri», «İslamın təbliğində səhabələrin fədakarlığı», «Kainatın yaradılışı ilə bağlı fəlsəfi fikirlər, orta əsr filosoflarının islama baxışı», «Avropada din» bölməsində «Teosof cəmiyyəti», «Yehovanın şahidləri» xristian-sinkretist hərəkatı tarixi və görüşləri», «Orta əsrlərdə inkvizasiya», «Tarixi-dini abidələrimiz» bölməsində «Bibiheybət ziyarətgahı: tarixi və bu günü», «Əsrlər, şəxsiyyətlər» bölməsində «Sərkərdə və şair. Görkəmli dövlət xadimi Şah İsmayıl Xətai», «Şeyx Əbdülmütəllim Qafar oğlu» adlı məqalələr və digər yazılar verilub. Bu saydan etibarən dini terminlərin izahlı lüğətinin ardıcıl olaraq nəşr edilməsi nəzərdə tutulub. Topluda yeni nəşrlər, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində keçirilən bir sıra görüşlər və tədbirlər barədə də məlumatlar verilib. /ANS PRESS/
|