Qahirədəki, Riyaddakı, Ammandakı və İslamabaddakı liderlər Amerikan xidmətçisi olaraq görülürlərkən, Hizbullah, Sünnilərə və Şiələrə ümid verir.
Orta şərqdə Hizbullah ilə İsrail arasında meydana gələn son münaqişə və İraqda yaşanan təriqətlər arası qarşıdurmalar diqqəti Sünnilər ilə Şiələr arasında meydana çıxan ayrılığa çəkdi.
Misir, İordaniya, Pakistan və Səudiyyə Ərəbistanı kimi əksəriyyətini Sünnilərin təşkil etdiyi ölkələrin liderlərinin İsrailə qarşı güclü sayıla biləcək müqavimət göstərməməsi, "Sünnilərin, Şiələri nəzarət etmək və İranın təsirini qırmaq məqsədiylə Hizbullaha qarşı qəsdən İsrailin yanında olması" fikrlərinin ortalığa çıxmasına səbəb olub.
Reallıqda isə vəziyyət, bunun tam əksinədir. Sünnilərin əksəriyyət təşkil etidiyi ölkələrdəki paytaxtlar və böyük şəhərlər, Hizbullaha verilən dəstəyin günü-gündən artdığını göstərən etirazların səhnəsi olur. Qahirədəki Təhrir Meydanında keçirilən son etirazda, aktivistlər, "Canımızla, qanımızla Livanı dəstəkləyirik… Sevimli Nasrullah, Teləvivi vur… Livan müqaviməti çox yaşa, Fələstin müqaviməti çox yaşa, İraq müqaviməti çox yaşa" şüarları verdilər. (əl-Osboa, 6 Avqust)
Hizbullah baş katibi Həsən Nasrullah, Camal AbdunNasir ilə eyni məşhurluqda bir Ərəb qəhrəmanı olaraq görülür. Digərləri üçün də, İslami müqavimətin qürur mənbəyi olaraq görülür. "Müsəlman Qardaşları" təşkilatının Ümumi Mürşidi Mehdi Akif də, Hizbullaha və Livan xalqına olan dəstəyini açıqladı və Livanda döyüşmək üçün 10,000 adam göndərməyi təklif etdi (http://www.ikhwanonline.com).
Müstəqil müxalif Misir Qazeti Qahirənin İsrail ilə edilən Kemp Deyvid sülh razılaşmağını dondurmağı və Teləviv ilə əlaqələri dərhal kəsmək çağırışında oldu (əl-Mısri əl-Yevm, 5 Avqust). Bununla bərabər, məşhur Misirli Sünni alim Yusuf əl-Kərdavi də, Hizbullahın müqavimətini təriflədi və Sünnilər ilə Şiələrin birləşməsi çağırışını etdi. Kəradavi, Hizbullahı dəstəkləməkdən uzaq dayanan Səudiyyə Ərəbistanın mövqeyini tənqid etdi və bu sahədəki zəifliklərinə görə Ərəb rejimlərini topa tutdu (http://www.qaradawi.net). Misirli gənclər arasında təsirli bir mövqeyə sahib olan Misirli natiq Əmr Xalid də, İsrailin Müsəlmanlara və Livanlılara etdiyi hücumları tənqid edən çıxışlar etdi. (http://www.amrkhaled.net).
Müsəlman Qardaşlar Hərəkatinin İordaniya şöbəsi, 30 İyulda etdiyi şərhdə, "Hizbullah mücahidləri"nə olan dəstəyini elan etdi və Hizbullahı dəstəkləmənin bütün Müsəlmanların vəzifəsi olduğunu bildirdi (http://www.ikhwan-jor.org). Müsəlman Qardaşlar Hərəkatinin Suriya Şöbəsi isə, iyulun 15-i etdiyi müraciətində, Ərəb və İslam dünyasının "bütün uşaqlarını" İsrailə qarşı birləşməyə və İsrailə qarşı edilən qiyama dəstək olmağa dəvət etdi (http://www.jimsyr.com).
Pakistan Camaat-i İslami Hərəkati da, Amerika və İsrail liderliyində İslama qarşı açılan və İslamabadın dəstəyiylə davam edən bu döyüşə qarşı Müsəlmanların bir olması çağırışını etdi (http://www.jamaat.org). Artan şiddətə, Amerikanın İsrailin Livanı işğalında dəstək verməsinin və Qəzzadə davam edən boykot tədbirlərinin, Əfqanlıların Taliban qiyamına qatılmalarına cəsarət verdiyinə dair dəlillər var (Savaş və Barış İnstitutu, 3 Avqust).
Taliban və digər ifratçı Sünnilər (bura daha çox vəhhabi əqidəsinə malik sələfilər daxildir), Şiələrə qarşı münasibətlərinin yaxşı olmasına baxmayaraq, vəziyyətin bu hala çatması, Müsəlmanların ümumi ortaq bir problemüçün bütün məhzəbi və digər fərqlilikləri göz altına ala bildiklərini sübut etməkdədir.
Hizbullah, bölgədəki avtoritar rejimlər üçün, müxalif şəxsiyyətlərə ilham qaynağı olması səbəbindən təhlükə meydana gətirir. Hizbullahın İsrail işğalına qarşı keçmişdəki müvəffəqiyyətli mübarizəsi və son münaqişədəki təsirli görünüşü, bütün bölgələrdəki Ərəb və Müsəlmanları canlandırıb. Qahirədəki, Riyaddakı, Ammandakı və İslamabaddakı liderlər, zorba və Amerikan xidmətçisi olaraq görülürlərkən, Hizbullah, Sünnilərə və Şiələrə ümid verir.
Səudiyyə Ərəbistanı kimi, həddindən artıq Sünnilərin sıx olduğu bəzi bölgələr, Hizbullahı dəstəkləməməkdə israr edirlər. Lakin, bu ankı meylin orbiti, böyük nisbətdə, Amerika və İsrailin İslama açılan müharibə hədələri qarşısında Şiə və Sünnilərin bir olmalarına istiqamətlənib.
Vaşinqtonda olan HELIOS QLOBAL, INC Risk Analizi Quruluşu ekspertlərindən Chris ZAMBELISin bu araşdırması İsra Haberdə yer almış "Birlik-Press" əməkdaşları tərəfindən tərcümə edilmişdir.
www.birlik.az
|