Главная » 2008»Oktyabr»14 » AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏLƏRİ NURİ ƏL MALİKİNİN DEDİKLƏRİNİ TƏKZİB ETDİLƏR.
13:46
AYƏTULLAH SİSTANİNİN NÜMAYƏNDƏLƏRİ NURİ ƏL MALİKİNİN DEDİKLƏRİNİ TƏKZİB ETDİLƏR.
İraqın bəzi xəbər saytları və telekanallarının yaydığı:"Ayətullah Sistaninin Nuri Əl Malikiyə indi son söz məclisindir" xəbərləri dezinformasiya olduğu açıqlandı.
İslam-Azeri-nin Nəhreyn adlı xəbər saytına istinadlı xəbərinə görə iki gün əvvəl yayılmış Ayətullah Sistaninin Nuri Əl Malikiyə indi son söz məclisindir" xəbərləri Ayətullah Sistaninin nümayəndələri tərəfindən təkzib edilib
Verilən xəbərə görə İraqın ən böyük dini mərcei təqlidlərdən olan Ayətullah Sistani Nuri Əl Malikiyə bu cür söz demədiyi və əslində ABŞ ilə anlaşmanın düzgün olmadığını və İraqın baş nazirinə son olaraq "Mən heç bir əllərin utandırıcı bir sazişə qol çəkməsini və bu cür tarixə düşməsini istəmirəm" -deyib.
Fars nyusun verdiyi xəbərə görə Nuri Əl Maliki Ayətullah Sistaniyə onlara olunan təzyiqlərdən şikayət etdiyini, böyük alim isə ona digər qruplarla vəhdətə gəlib bu böhranı dəf etməyə çağırdığını bildirib.