Nizami rayon Polis İdarəsinin Narkomaniya və narkobiznesə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkkilinin otağından heroin tapılıb.
Azərbaycan polis orqanlarının üç nəfər əməkdaşının qanunsuz olaraq narkotik maddə saxlamasına görə həbs olunması barədə yayılan məlumata Daxili İşlər Nazirliyi aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov bu gün "Trend" agentliyinə bildirib ki, Nizami rayon Polis İdarəsinin Narkomaniya və narkobiznesə qarşı mübarizə şöbəsinin baş əməliyyat müvəkKili Aydın Zalov vətəndaşların şikayətləri əsasında sentyabrın ortalarında həbs olunub.
Vətəndaşların şikayətləri əsasında saxlanılan Zalovun xidməti otağından 16 qram heroin aşkarlanıb. Həmin şöbənin rəisi Zülfüqar Məmmədov isə bu hadisədən sonra aşağı vəzifəyə keçirilib.
Gözəlov deyib ki, Nərimanov RPİ-nin adını dəqiqləşdirmək mümkün olmayan digər əməkdaşının həbsi barədə məlumat hıqiqətə uyğun deyil. Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Zalov faktla bağlı daxili işlər orqanlarından çıxarılıb və barəsində prokurorluqda cinayət işi açılıb, istintaq aparılır.