Главная » 2008»Oktyabr»17 » «Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Azərbaycanın xeyirinə inkişaf edir»
22:57
«Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Azərbaycanın xeyirinə inkişaf edir»
Levon Ter-Petrosyan: «Qərb, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasına çalışır»
Ermənistan müxalifəti Dağlıq Qarabağ münaşəsi ətrafında yaranmış əlverişsiz şəraitlə bağlı mitinq və yürüşlərin keçirilməsini dayandırır. Bunu müxalifətin İrəvanda keçirilən mitinqində Levon Ter-Petrosyan bəyan edib. O, 45 dəqiqəlik çıxışını Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesinə həsr edib və bildirib ki, proses Azərbaycan tərəfinin xeyirinə inkişaf edir. Müxalifət lideri əmindir ki, Qərb, Rusiyanın ATƏT-in Minsk Qrupunun həmsədrliyindən uzaqlaşdırılmasına çalışır. Bu isə rəsmi İrəvanın mövqeyinə mənfi təsir göstərə bilər: «Bir tərəfdən ABŞ və Avropa blkələri Ermənistan hakimiyyətinin hüquqazidd əməllərinə göz yumur. İrəvanda zəif rejimin mövcudluğu Dağlıq Qarabağ məsələsində istənilən təzyiqə imkan verir. Digər tərəfdən, yaranmış vəziyyətdə Ermənistan müxalifəti Qərbin əlində danışıqlar prosesində Ermənistan hakimiyyətinə təzyiq alətinə çevrilir». Levon Ter-Petrosyan kütləvi aksiyaların təxminən 2-3 ay müddətinə təxirə salınmasını bununla əsaslandırıb. Lakin o bəyan edib ki, bu heç də siyasi məhbusların azad edilməsi, ölkədə dkmokratik hüquq və azadlıqların bərpası tələblərinin gündəlikdən çıxması demək deyil. Mitinqdən sonra müxalifət tərəfdarlarının şəhər rəhbərliyi ilə razılaşdırılmasış yürüşü keçirilib. Hüquq-mühafizə orqanları aksiyaya mane olmayıb./ANS PRESS/