7 min müsəlmanın yaşadığı Varşavada ilk dəfə məscid tikilə bilər
Hazıra Varşava müsəlmanlarının ixtiyarında rayon mərkəzindən uzaqda yerləşən kiçik ibadət evi var
Polşanın paytaxtı Varşavada ilk dəfə məscid tikilə bilər. 7 min yerli müsəlmanı təmsil edən Müsəlman Dini İttifaqı şəhər icra hakimiyyətinə məscid tikintisi üçün müraciət edib. Hazıra Varşava müsəlmanlarının ixtiyarında rayon mərkəzindən uzaqda yerləşən kiçik ibadət evi var. İTAR-TASS agentliyinin məlumatında görə, bu bina qəzalı vəziyyətdədir.
Varşava müsəlmanları hələ ikinci dünya müharibəsindən əvvəl Oxoto rayonunda tikilməsi planlaşdırılan məscidin nəhayət ki, tikilməsini istəyirlər. Varşavanın müharibədən əvvəlki planına görə, bu rayonda Məkkədə və Mədinə küçələri olmalı, onların arasında isə məscid yerləşməli idi. Hazırda isə bu ərazidə şəhər baxçası yerləşir.
Yerli xristianlar isə burada məscid tikintinsə qarşı çıxıblar. Belə ki, onlar ərazidə yerləşən parkı itirmək istəmirlər. Amma icra hakimiyyəti müsəlmanlar üçün digər yeri də təklif edə bilər. Əgər bu məscid tikilsə, bu, Polşa ərazisinə yerləşən dördüncü məscid olacaq. /ANS PRESS/