ISLAM DUNYASI Çerşenbe axşamı, 03.12.2024, 21:04
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Oktyabr » 20 » Ucarda mollalara yas mərasimlərində iştiraka qadağa qoyuldu.
    20:19
    Ucarda mollalara yas mərasimlərində iştiraka qadağa qoyuldu.
    Qaydaları pozan mollalar birinci dəfə 80, ikinci dəfə 240 manat məbləğində cərimə olunur.
     
    Ucarda dünyasını dəyişən şəxslər üçün “Yeddi”, və “Cümə axşamları”nın keçirilməsi qadağan edilib, rayondakı bütün mollalara bu mərasimlərdə iştirak etməmək tapşırılıb.

    Bu qaydaları pozan mollalar birinci dəfə 80, ikinci dəfə 240 manat məbləğində cərimə olunur. Qaydalara üçüncü dəfə riayət etməyən mollanın yas məclislərini idarə etməsinə isə ümumiyyətlə icazə verilmir.

    Maraqlısı odur ki, rayon camaatı arasında yeni qaydaların Milli Məclis tərəfindən qəbul olunduğu barədə məlumat dolaşır.

    Məsələ ilə bağlı açıqlama verən Ucar rayonunun Axundu Hacı Ələsgər Məcidov faktı təsdiqləyərək belə bir qaydanın yerli dindarlarla məsləhətləşmədən sonra qəbul edildiyini deyib: “Mən öz camaatımızdan yas mərasimlərinin üç gün keçirilməsini xahiş etdim. Biz insanların yas mərasimlərində artıq əziyyət çəkməsini istəmədik. Rayon camaatı isə bizim təklifimizlə razılaşdı. İndi Ucarda dünyasını dəyişənlər üçün yalnız “Üç” və “Qırx” mərasimi keçirilir”.

    Axund qəbul olunmuş qaydanı pozanların müəyyən edilmiş məbləğdə cəzalandırılması və molla kimi fəaliyyətlərinə xitam verilməsi barədə məlumatın isə həqiqətə uyğun olmadığını bildirib: “Hələlik bizdə belə bir şey yoxdur. Mollaların cərimələnməsi haqda qərar verilməyib”.

    Qafqaz Müsəlmanları İdarəsinin mətbuat xidmətindən isə idarə tərəfindən bununla bağlı hər hansı göstərişin verilmədiyi bildirilib. // APA

    Просмотров: 897 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Oktyabr 2008  »
    BeÇaÇCaCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 11
    Qonaqlar: 11
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz