ABŞ-da aparılan maraqlı araşdırmanın nəticəsi belə olub.
Amerikanın Maryland universitetinin hərbi-hava qüvvələri ilə birlikdə etdiyi qeyri-adi bir araşdırmanın nəticəsi, Amerikanın Livan Hizbullah hərəkatından öyrənməsi lazım olan 14 min dərs olduğunu göstərib.
"Birlik-Azərbaycan" İnformasiya Agentliyi xəbər verir ki, Maryland universiteti Livanın İslami Hizbullah hərəkatının müharibə vaxtdı verdiyi qərarları və atdığı addımları müxtəlif istiqamətlərdən araşdıraraq bu araşdırmadan 14 min nəticə çıxardığı məlum olub.
Mövzu ilə əlaqədar yayılan hesabatda Hizbullah hərəkatının çox inkişaf etdiyi və əməliyyat sahəsinin Avropa və Latın Amerikanı belə əhatə etdiyi bildirlir. Araşdırmanın ən əhəmiyyətli nəticələrindən biri isə Hizbullah hərəkatının müxtəlif vəziyyətlərdə ən doğru davranışı sərgilədiyi nəticəsidir.