Bu gün səhər saat 11-dən etibarən, Ermənistan silahlı qüvvələri, işğal altında olan Ağdam rayonunun Uzundərə adlanan ərazisində hərbi təlimlərə başlayıb. ANS PRESS-in Qarabağ bürosunun məlumatına görə, təlimlərdə qrad qurğularından, toplar və tanklardan istifadə olunaraq müxtəlif istiqamətlərə atəş açılıb. Partlayış səsləri Ağdamla yanaşı Tərtər və Bərdə rayonlarında da eşidilib. Sakinlərin sözlərinə görə, son 1 saatda 50 partlayış səsi eşidilib. Nəticədə ərazidəki evlərdə titrəmə qeydə alınıb.
Ermənilərin Dağlıq Qarabağ ərazisində hərbi təlim keçirilməsini təsdiqlənib. «Novosti Armeniya» agentlyinin Xankəndindən verdiyi məlumata görə, təlimlərdə hərbi texnikanın bütün növlərindən istifadə edilir.
Təlimləri Ermənistan prezidenti Serj Sarkisyan və müdafiə naziri Bako Saakyan, eləcə də separatçı Qarabağın prezidenti və müdafiə naziri izləyir. /ANS PRESS/