Главная » 2008»Oktyabr»25 » SEYYİD HƏSƏN NƏSRULLAH: "ABŞ VƏ İSRAİLƏ XİDMƏT EDƏN ƏRƏB MƏTBUATI VAR"
23:15
SEYYİD HƏSƏN NƏSRULLAH: "ABŞ VƏ İSRAİLƏ XİDMƏT EDƏN ƏRƏB MƏTBUATI VAR"
Hizbullah lideri Seyyid Həsən Nəsrullah, haqqında yayılan zəhərlənmə xəbərinə cavab olaraq, bəzi Ərəb mətbuatının İsrailin xidmətində olduğunu söyləyib.
Livan İslami Müqavimət hərəkatı olan Hizbullahın lideri "Əl-Mənar" televiziyasına verdiyi müsahibəsində, bir müddət əvvəl gündəmdə gətirilən onun zəhərlənməsi ilə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini, bu xəbərlərin psixoloji müharibənin bir parçası olduğunu söyləyib.
Seyyid Həsən Nəsrullah "Bu məlumatların həqiqətlə əlaqəsi yoxdur. Bu xəbər əvvəldən sonadək doğru deyil. Mən hal-hazırda qarşınızda oturmuşam. Nə zəhərlənməyim, nə də başqa bir şey Veb saytların uydurmasıdır" deyib. Hizbullah lideri, bu cür xəbərlərin yayılmasının hədəfini belə açıqlayıb: "Bu xəbərin hədəfi psixoloji müharibənin bir parçasıdır. Bilindiyi kimi Hizbullah həmişə mənəvi, psixoloji, informasiya sahələrində hədəf mərkəzində olmuşdur . Kolombiya məsələsində olduğu kimi bəzən yalan xəbərlər nəşr olunaraq Hizbullahın imici zədələnilməkdədir.Əfsus ki, bəzi kanallar bu xəbəri nəşr etməsinə baxmayaraq soradan təkzib etmədilər. Bir başqası isə son xəbərdə də olduğu kimi ixtilaflar, ayrılmalar və daxili çəkişmənin olduğunun iddia edilməsidir. Bütün bunlar yalandır, həqiqətlə əlaqəsi yoxdur." ABŞ və İsrailin proyektlərinə toxunaraq Seyyid Həsən Nasrullah son olaraq "Bir çox saytlar var. Lakin bunlar mötəbər (inanılmış) deyillər. Sahiblərinin kim oldunu isə bilmirik. Ya ABŞ, ya da İsrail üçün işləyib-işlədiklərini bilmirik. Ancaq bildiyimiz ərəbcə xəbələr yayan İnformasiya qaynaqları var ki, Amerika və İsrailin proyektinə xidmət etmək üçün işləyirlər. Uydurma xəbərlər, nəşr etməkdədirlər... Bu cür xəbərlərlə məşğul olan qəzet, televiziya kanalı və veb saytları eyni hədəf üçün bir qaranlıq otaqdan edilməkdədir" deyib.