Главная » 2008»Oktyabr»31 » MƏHKƏMƏ "ƏBU BƏKR" MƏSCİDİNİN AÇILMASI QƏRARINI LƏĞV EDİB.
21:55
MƏHKƏMƏ "ƏBU BƏKR" MƏSCİDİNİN AÇILMASI QƏRARINI LƏĞV EDİB.
Nərimanov Rayon Məhkəməsi “Əbu-Bəkr” məscidinin açılması ilə bağlı qərarını ləğv edib. Bu barədə APA-ya “Nərimanov rayon dindarları” Dini İcmasının vəkili Cavanşir Süleymanov məlumat verib.
Onun sözlərinə görə, bu gün Nərimanov rayon Məhkəməsində rayon Polis İdarəsinin iddiası əsasında məhkəmə prosesi keçirilib. Hakim Akif Allahvediyevin sədrliyi ilə keçirilən prosesdə iddiaçı tərəf məhkəmənin sonuncu prosesinin olacağı barədə onlara ünvanlanmış çağırış vərəqəsini almadıqlarını, buna görə də prosesdə iştirak etmədiklərini deyiblər. Polis İdarəsi şikayətə onların iştirakı ilə baxılması iddiası ilə çıxış edib.
Məhkəmə iddianı təmin edərək, “Əbu-Bəkr” məscidinin açılması ilə bağlı əvvəlki qərarını ləğv edib və tərəflərin iştirakı ilə növbəti məhkəmə prosesini təyin edib. Növbəti proses noyabrın 12-ə təyin edilib.
Məhkəmə qərarının ədalətsiz olduğunu vurğulayan C. Süleymanov növbəti prosesə qatılacaqlarını bildirib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsi bu il oktyabrın 27-də “Əbu Bəkr” məscidinin açılması barədə qərar qəbul edib. Nərimanov rayon Polis İdarəsi isə “Əbu-Bəkr” məscidinin açılması ilə bağlı məhkəmə qərarına yenidən baxılması tələbi ilə şikayət verib.