Главная » 2008»Oktyabr»31 » «Azadlıq» radiosu: «İşimizi davam etdirmək əzmindəyik»
22:05
«Azadlıq» radiosu: «İşimizi davam etdirmək əzmindəyik»
«Azadlıq» radiosu Milli Teleradio Şurası sədrinin xarici radiostansiyaların Azərbaycanda sərbəst yayımının 2009-cu ildən dayandırılması ilə bağlı rəyini açıqlayıb.
«Azadlıq» radiosunun İctimaiyyətlə Əlaqələr Şöbəsi Milli Teleradio Şurası (MTRŞ) sədrinin xarici radiostansiyaların Azərbaycanda sərbəst yayımının 2009-cu ildən dayandırılması ilə bağlı rəyini açıqlayıb. «Azadlıq» radiosundana ANS PRESS-ə bildiriblər ki, situasiyadan xəbərdardırlar və məsələni ciddiyyətlə nəzərdən keçirirlər: «Biz hələ də məlumatı qiymətləndiririk və necə cavab verəcəyimizlə bağlı qərar qəbul etmək üzrəyik. Biz inanırıq ki, «Azadlıq» radiosu Azərbaycan xalqına professional və senzuraya uğramamış xəbərlər çatdırılmasında önəmli rol oynayır və biz bu işi bundan sonra da davam etdirməkdə əzmliyik». /ANS PRESS/