Test yolu ilə namizədin ənənəvi seksul oriyentasiyası, eləcə də şəhvani ehtirası müəyyənləşdiriləcək.
Vatikanın yeni qaydalarına əsasən, keşiş olmaq istəyənlərin homoseksual meyllərini müəyyənləşdirmək üçün onlar testdən keçiriləcək. Test nəticəsində həmçinin namizədin ənənəvi seksul oriyentasiyası, eləcə də şəhvani ehtirası müəyyənləşdiriləcək. Vatikan, yeni testin köməkliyi ilə xidmətə qəbul olunan keşişlər arasında psixoloji pozğunluğu olan şəxslərin müəyyənləşdirmək, o cümlədən, son illər ərzində kilsə ilə bağlı seksual qalmaqalların qarşısını almaq niyyətindədir. Vatikan nümayəndələrinin sözlərinə görə, test məcburi olsa da, fərdi qaydada aparılacaq. /ANS PRESS
|