"Birlik-Azərbaycan" İnformasiya Agentliyi xəbər verir ki, təxminən bir həftədir Qəzzaya bütün malların girişinə maneə törədən sionist İsrail ölkəsinin embarqosu nəticəsində əlindəki yemək anbarı tükənən BMT, 750 min Qəzza camatına yemək yardımını dayandırıb.
Sionist İsrail ölkəsi isə, fələstinli döyüşçülərin İsrail ərazisinə istiqamətli roket hücumlarını dayandırmayacaqları tıqdirdə, sərhədin bağlı qalacağı xəbərdarlığını edib. Bu arada gün ərzində Qəzza ərazisinə yemək və dərman gətirən 30 yük maşınının yaradılan maneələr səbəbindən Qəzzaya daxil ola bilməməsi bildirilir.
Qeyd edək ki, törətdiyi cinayətləri ört-basdır etmək üçün sionist İsrail ölkəsi, Avropalı diplomatların yanında xarici jurnalistlərin Qəzza ərazisinə daxil olmasına da icazə vermir. Yaranan bu problemlər üzündən, Birləşmiş Billətlər Təşkilatı olan BMT şənbə gününə qədər yardımları dayandıracağını açıqlayıb.