Dövlətin rəsmi din qurumu tərəfindən hazırlanan "Quran" tərcüməsində siğə Allahın əmri kimi göstərilib.
Türkiyənin rəsmi din nqurumu olan Diyanət İşləri Başkanlığının (DİB) hazırladığı son "Quran" təfsirində siğəyə (müvəqqəti nigah) izn verildiyi yazılıb. “İnternethaber”in yaydığı məlumata görə, illərcə sünni və şiə alimləri arasında mübahisə mövzusu olan siğə, DİB tərəfindən hazırlanan “İslam ensiklopediyası”nda “cinslər arasında müəyyən miqdarda pul ödənməsi qarşılığında müvəqqəti həyata keçirilən evlilik” kimi göstərilib. Xəbərdə, İslam peyğəmbərinin yasaqladığı irəli sürülərək heç bir sünni alimin siğəyə izn vermədiyi, ancaq DİB tərəfindən haszırlanan “Quran yolu türkcə məal və təfsir” adlı kitabda siğəyə izn verildiyi yazılıb.
|