ISLAM DUNYASI Cüme, 19.04.2024, 09:20
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » Dekabr » 11 » DÜŞMƏNÇİLİKDƏN DOSTLUĞA.
    14:18
    DÜŞMƏNÇİLİKDƏN DOSTLUĞA.
    Türk-erməni dostluğu özünün “yeni” mərhələsində.
     
    Tom və Ceri cizgi serialına baxmayan adam az tapılar. Çox gülməli çəkiblər. Siçan və pişiyin həyatını müasir şəkildə canlandırıblar. Serialın əsas ideya və ana xətti siçan və pişiyin barışmaz düşmənçiliyidir. Düşmənçilik demişkən, biz türklərin də bir düşməni var idi. Niyə keçmiş zamanda deyirəm, çünki, o gün eşitdim ki bəs Türkiyənin Qars şəhərində erməni-türk dostluq abidəsi qoyulur. Küll mənim başıma, mən də deyirdim ki, türkün türkdən başqa bir dostu filanı yoxdur.

    Sən demə, bunlar nənəmin mənə danışdığı nağıldan başqa bir şey deyilmiş. Belə baxanda heç nənəmdə də günah yoxdur ee, zavallı qarının başını doldurublar. Yazıq, çölə bayıra çıxıb eləmir, nə də televizora baxır. Ona görə, kim nə deyir, o da inanır.

    Yadımdadır, babam və nənəm həmişə bu mövzuda dava edirdilər. Babam deyirdi ki, sən qonşuların dediyinə fikr vermə, biz müsəlmanıq. Ancaq, yox nənəm deyirdi ki, biz əvvəl türkük sonra müsəlman. Çünki, türkün türkdən başqa dostu yoxdur. Babam da biçarə, nənəmin xətrinə dəymək istəməyib mübahisəni dayandırırdı.
    Elə o vaxtdan, mənimdə beynimdə bu fikrlər qalıb. Nə bilim vallah, eşidəndə ki, Qarsda erməni-türk dostluq abidəsi qoyulub, ağlıma gələn ilk fikr bu oldu ki, deyəsən Türk qardaşlarımızın nənəsi nağıl zad bilmir. Biz kardeşiz deyə-deyə bir də gördük ki, ermənilər ilə kardeşlik abidəsi ucaldıblar. Belə getsə, mən babam deyənə daha çox inanmağa başlayacam. Çünki, babam həmişə deyərdi ki, bala, millətçilik, xüsusən də ifrat millətçilik dinimizə görə haramdır. Sən gəl nənənin sözlərinə fikr vermə. Biz türk, erməni və ya fars olduğumuza görə qürrələnməməliyik. Allah, insanlardan yüksək əxlaq və təqva gözləyir.

    Millətçilik Allah düşmənlərinin ortaya atdığı bir zaddır ki, onun vasitəsi ilə biz müsəlmanları bir-birindən ayırırlar. Nənəni görmürsən, deyir İrandakılar farsdırlar, onlar türkə düşməndirlər. Halbuki, heç o düşmən dediyi farsın düşmən dediyimiz ermənistan ilə dostluq abidəsi yoxdur ki, dost dediyimiz türkün var. Belə şeylər ilə başını ağrıtma. Deyəsən, babam haqlıdır axı. Bunlar hamsı bir oyundur. Türk qardaşlarımız öz mənfətlərini görə hərəkət edirlər. Sərhədləri açırlar, əlaqələri genişləndirirlər, dostluq abidələri qoyurlar. Ancaq, özləri bilsinlər. Türkün türkdən başqa dostu yoxdur, ya var, onu deyə bilmərəm. Ancaq, dəqiq onu deyə bilərəm ki, türkün düşməni var və o da ermənilərdir ki, başımıza olmayan işlər və işğallar gətiriblər. Bu son bir əsrdə çox müharibələr, hətta dünya müharibələri olub. Fransa, Almaniya, İngiltərə, Rusiya və digər ölkələr bir-birlərinə qarşı olmazın müharibələr ediblər. Ancaq, indi baxanda görürük ki, bu xalqlar bir-birlərinə qardaş kimidirlər. Ancaq, tarixin ilk günündən ermənilər və azərbaycanlılar arasında daim xristian-müsəlman davası olub ki, bu gün də həmən düşmənçilik davam edir. Demək, düşmənimiz birdir. Dostumuz isə tək türklər deyil. Dostluqa layiq olan kəsin dostu çox olar. Birdəki dostu olan kəs xoşbəxt olar.

    Əgər biz bu günləri dünyanın müxtəlif xalqları ilə dostluq və qardaşlıq əlaqələri qura biliriksə, demək bu istedad bizdə var. Demək ki, problem ermənilərdədir ki, bizlər, yəni azəri türkləri onlar ilə dost ola bilmir, türkiyə türkləri isə əksinə dostluqlarına xatir abidə ucaldırlar. Hələ bu azmış ki, Türk qızını erməni oğlana böyük fəxr ilə ərə də verirlər. Türk müsiqiçiləri Ermənistanda konsertdə yapırlar. Xəbəriniz olsun ki, Türkiyədən olan bir qrup musiqiçi neçə gündür ki, Ermənistanda türkilər oxuyurlar. Yəqin bu musiqiçilər bu türk qızı ilə həmən o erməni dığasının toyunda oxumaq üçün İrəvana gediblər. O biri tərəfdən bizim türk elm adamları yeni üzr istəmək kompaniyasına başlayıblar. Özü də üzrü ermənilərdən istəyirlər. Başıva dönüm, qadın alım, bizi bağışlayın. Təsəvvür eləyirsiz də!!!

    Heyf! Çox heyf ki, torpaqlarımızın işğal altında olması dilimizi qısa edir. Yoxsa, bir Allah bilir bu dil ilə bu erməni baş kəsənləri nə qədər söyərdim. Əlinə torba keçirilmiş pişik siçanı tuta bilmədiyi kimi, 20 % torpağım erməni də ola ola məndə caymaqsız pişik kimiyəm.

    Yeri gəlmişkən, Jirnovski də gəlir Bakıya. Qonşumuz Məşədi Elşad kişi həmişə deyərdi ki, “harda gördün erməni, vur başına gülləni”, bu Jironovksi isə bu sözün əksinə əməl edənlərdəndir. Türklərdən zənneyi zəhləsi gedir. Xüsusən də bizdən zəhləsi gedir. Bizim üçün qoyun-filan deyirmiş. İndi o özü gəlir bizim məmləkətə. Daha bilmirəm, onun qoyun adlandırdığı xalqımızın yanında quzu kimi olacaq, qurd kim!



    İnsan Haqları və Ədalətli Cəmiyyət İnstitutu
    Просмотров: 868 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Dekabr 2008  »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz