XXI əsrin daxil olduğu vaxtdan Azərbycanda keçmişdə mübtəla olduğu və gizli haldan oyanıb üzə çıxan bir xəstəlik "səcdəgahların aradan aparılması" baş qaldırmışdır. Son səkkiz ildə yalnız paytaxt və ətrafında 4 məbəd iki ildən bir məscid yerlə yeksan olmuş yaxudda növbəsini gözləyir.2000-ci ildə Yeni Günəşli qəsəbəsində yenicə ucaldılmış "Mir Tağı" məscidi buldozer altına verilmiş və daşı daş üstə qalmamışdır.
Elə yaxın illərdə Novxanı kəndində XVIII əsrə məxsus bir tarixi ibadətgah baxımsızlıq ucbatından uçulub getmişdir. Mədəniyyət və Turizm Nazirliyinə özü tarixi abidəni təmir-bərpa etmiş, nə də yerli camaatı abadlaşdırmağa yaxın buraxmamış, nəticədə İslam mədəniyyətinin daha bir yadigarı
... Arxasını oxu »
Ey mövlam! Zaman bizi ayırsa da, məkan bizi uzaq salsa da, biz nəhayətsiz ruhumuzla zaman-məkan hüdudlarını sındıraraq səninlə beyət edir və Peyğəmbərimizin (s) sözünə qulaq asaraq daim sənin, məsum övladlarının rəhbərliyini qəbul edəcəyik. Biz sizin yolunuzdan heç zaman ayrılmayacağıq!
Zilhəccə ayının bərəkətli günləri davam edir. Müqəddəs Həcc ziyarəti, Qurban bayramının ardınca İslamın əhdi-peyman bayramı sayılan böyük “Qədir-Xum” bayramı yetişməkdədir.Biz bu gözəl bayram münasibəti ilə bütün dünya müsəlmanlarını və Azərbaycan xalqını təbrik edirik.