Главная » 2008»Dekabr»11 » ÖLKƏYƏ KÖHNƏ MAŞIN GƏTİRMƏK YANVARDAN QADAĞAN OLUNACAQ.
14:29
ÖLKƏYƏ KÖHNƏ MAŞIN GƏTİRMƏK YANVARDAN QADAĞAN OLUNACAQ.
Azərbaycan hökuməti gələn ildən işlənmiş avtomobillərin ölkəyə gətirilməsinə qadağa qoyacaq. Bununla əlaqədar xüsusi sərəncam hazırlanır. Sərəncama görə, 5 il işlənmiş maşınların ölkəyə idxalına məhdudiyyət qoyulacaq. Bu barədə “Yeni Müsavat”a etibarlı mənbədən məlumat verilib. Ekspertlərin qənaətincə, hökumətin belə addım atmasına bir neçə amil səbəb olub. Belə ki, dünyada başlanmış maliyyə böhranı Avropada maşınların ucuzlaşmasına gətirib çıxarıb. İndi Almaniya, Fransa və Amerikada istehsal olunan bahalı avtomobillər təxminən 30-35 faiz ucuzlaşıb. Köhnə avtomobillərin qiyməti isə təxminən 2-3 min dollardır. Bu isə həmin avtomobillərin kütləvi şəkildə alınıb Azərbaycana gətirilməsi ehtimalını artırıb. Bu səbəbdən də hökumət gözlənilən problemin qarşısını almaq üçün təcili tədbirlər görməyə hazırlaşır. Qeyd edək ki, Rusiyanın baş naziri Vladimir Putin də yeni ildən ölkəyə gətiriləcək minik və yük maşınlarına dövlət rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb. Sənədə əsasən, yeni ildən ölkəyə gətiriləcək minik və yük maşınlarına dövlət rüsumu 10 faiz artırılıb. Gömrük tariflərinə edilən dəyişikliklərə görə, 5 il işlənmiş nəqliyyat vasitələri rəsmən istismar müddəti başa çatmış hesab olunacaq və onların Rusiyaya idxalına məhdudiyyət qoyulacaq.