Ariel Şaron: "Fələstinliləri əzməkdən xoşhal oldum"
Ehud Barak: "Neçə Fələstinlinin öldüyü məni maraqlandırmaz. Mənim üçün əhəmiyyətli olan xalqımın təhlükəsizliyidir"
Ovadia Yosef: "Ərəblərə acımamaq və üstlərinə mərmi yağdırmaq, bu pis adamları, bu uğursuzları yox etmək lazımdır"
Ərdoğanın Davosda dediyi "tank üzərində Fələstinə girməkdən xoşbəxtlik duyuram" deyən köhnə Baş nazirlərin Ehud Barak ilə Ariel Şaron olduğu məlum olub.
Bu barədə "Birlik-Azərbaycan" İA Haber 7-yə isinadən xəbər verir. Orta şərq mütəxəssisi, jurnalist Hüsnü Məhəlli, "Ariel Şaron, Məscidil Əqsanın işğalından sonra etdiyi ziyarətdə "Fələstinliləri əzməkdən xoşhal olduğunu demişdi" deyib.
1982-ci ildə İsrail Müdafiə Naziri kimi Livanda Sabra və Şatila düşərgələrində Fələstinli mühacirlərin qətl edilməsinin əmrini verən Ariel Şaron, adını tarixə Fələstinlilərə qarşı etdiyi qırğınlarla yazdırıb. Şaronun, 28 Sentyabr 2000-ci ildə Məscidi Əqsanı ziyarət etməsindən sonra baş verən hadisələrdə 1000-ə yaxın Fələstinli həyatını itirmişdi.
Şaron, ‘Yəhudi xalqının ən müqəddəs məkanlarından birində nələr olduğunu görməyə gəldim' demişdi.
O dövrdə baş nazir olan Ehud Barak, Məscidil Əqsanın qırğınının ardından bu çıxışı ilə diqqət çəkmişdi: "Mənə Qəzzada, Qərbi Şəriyədə və digər məntəqələrdəki qarşıdurmaların necə dayanacağını soruşmayın. Fələstinli izdihamlara qarşı hər cür vasitəsidən istifadə etmək qanunidir. Neçə Fələstinlinin öldüyü məni maraqlandırmaz. Mənim üçün əhəmiyyətli olan xalqımın təhlükəsizliyidir."
Ariel Şaron başçılığı ilə qurulan Milli Birlik Koalisiyasının ortaqlarından olan və qatı dinçi Şas Partiyasından xaxam Ovadia Yosefdən belə demişdir ‘'Ərəblərə acımamaq və üstlərinə mərmi yağdırmaq, bu pis adamları, bu uğursuzları yox etmək lazımdır' demişdi.
|