NATO NÖVBƏTİ DƏFƏ ETİRAF ETMƏK MƏCBURİYYƏTİNDƏ QALDI.
"9 fevralda Əfqanıstanda bombardman zamanı 13 dinc sakin öldürülüb"
Əfqanıstanın qərbində yerləşən Herat vilayətinin Qozara məntəqəsinin NATO təyyarələri tərəfindən bombalanması nəticəsində 13 dinc sakinin həlak olması faktı təsdiqlənib.
Dekabr ayının 9-da edilən bu hücumu araşdıran komissiya bu barədə qənaətə gəlib. "
Türkiyə Baş nazirinin müşaviri Qeybulla Qeybullayev ANS-ə açıqlamasında belə deyib
«Rəsmi Ankaranın Ermənistanla əlaqələrinin bərpa olunması ilə bağlı aparılan danışıqlarda Dağlıq Qarabağ şərtininin aradan qaldırması qeyri-mümkündür». Bunu ANS-ə açıqlamasında Türkiyə Baş nazirinin müşaviri Qeybulla Qeybullayev bildirib. O, əks halda Türkiyə hökümətinin öz xalqına xəyanət etmiş olacağını qeyd edib. Q. Qeybullayevin sözlərinə görə, Türkiyə Ermənistanla münasibətləri qurarkən ilk növbədə bunu rəsmi Bakı ilə razılaşdırır. «Mən bir şeyə inanıram ki, Türkiyə höküməti və Türkiyəni təmsil edən insanlar bu danışıqlarda heç zaman Azərbaycanın mənfəətlərinə zərər gətirə biləcək danışıqlara
... Arxasını oxu »
Neftin qiymətinin müntəzəm ucuzlaşması OPEK-i hasilatı üçüncü dəfə aşağı salmağa məcbur edir
Son iki gündə dünya bazarında neftin qiyməti daha 85 sent ucuzlaşıb. Lent.az-ın məlumatına görə, hazırda London birjasında “layt” markalı neft 39,10 dollara, “brent” markalı qara qızılın bir bareli 40,09 dollara, “Azərilayt” isə 41,02 dollara satılır.
Bu arada neft ixrac edən ölkələrin təşkilatı - OPEK qara qızılın hasilatını yenidən azaltmağa hazırlaşır. OPEK-in baş katibi Abdulla Salam Əl Bədri bildirib ki, neftin qiymətinin müntəzəm dəyişməsi səbəbindən 2008-ci ilin iyulundan 2009-cu ilin yanvarınadək OPEK 356 milyard dollar itirib. Hazırda OPEK-ə daxil olan ölkələr neftin hasilatını 80 faiz azaldıb.
Azərbaycan-Böyük Britaniya Birgə Müəssisəsi (BM) “Aztelekom” İstehsalat Birliyinin 492/497/437 stansiyalarının abunəçilərinə göstərilən rabitə xidmətlərinin fevralın 24-dən borca görə dayandırılacağına dair xəbərdarlığı ilə bağlı rəsmi məlumat yayıb.
“AzEuroTel”dən APA-ya daxil olan həmin məlumatda bildirilir ki, iki qurum arasında bağlanılmış arabağlantı müqaviləsinin şərtləri “Aztelekom” tərəfindən müntəzəm olaraq pozulur, “Aztelekom” tərəfindən “AzEuroTel”ə göstərilən rabitə xidmətlərin keyfiyyəti, dayanıqlığı və fasiləsizliyi təmin edilmir. “Aztelekom”un bu hərəkətləri “AzEuroTel”ə külli miqdarda - 2,5 milyon manat maddi, texniki ziyan vurub, istehlakçıların hüquqları kobud şəkildə pozulub, “AzEuroTel”in beynəlxalq operatorlarla
... Arxasını oxu »