| Меню сайта |
|
 |
| Форма входа |
|
 |
| Поиск |
|
 |
|
 | |  |
| Главная » 2009 » Fevral » 22 » OPEK 356 milyard dollar itirib.
18:32 OPEK 356 milyard dollar itirib. |
Neftin qiymətinin müntəzəm ucuzlaşması OPEK-i hasilatı üçüncü dəfə aşağı salmağa məcbur edir
 Son iki gündə dünya bazarında neftin qiyməti daha 85 sent ucuzlaşıb. Lent.az-ın məlumatına görə, hazırda London birjasında “layt” markalı neft 39,10 dollara, “brent” markalı qara qızılın bir bareli 40,09 dollara, “Azərilayt” isə 41,02 dollara satılır.
Bu arada neft ixrac edən ölkələrin təşkilatı - OPEK qara qızılın hasilatını yenidən azaltmağa hazırlaşır. OPEK-in baş katibi Abdulla Salam Əl Bədri bildirib ki, neftin qiymətinin müntəzəm dəyişməsi səbəbindən 2008-ci ilin iyulundan 2009-cu ilin yanvarınadək OPEK 356 milyard dollar itirib. Hazırda OPEK-ə daxil olan ölkələr neftin hasilatını 80 faiz azaldıb.
Təşkilat rəsmisi əlavə edib ki, böhrandan qaçmaq üçün neftin hasilatı bir qədər də azaldılacaq. Belə ki, gündəlik hasilatın təxminən 900 milyon barelə endirilməsi nəzərdə tutulur. Son qərar isə martın 15-də, OPEK-in Vyanada keçiriləcək növbəti konfransda qəbul olunacaq.
|
|
Просмотров: 872 |
Добавил: azeri-islam
|
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
| |
 | |  |
|
| Календарь |
|
 |
| Архив записей |
|
 |
| Наш опрос |
|
 |
| Мини-чат |
|
|
 |
| Статистика |
Bütün onlayn olanlar: 1 Qonaqlar: 1 İstifadeçiler: 0 |
 |
|