NATO NÖVBƏTİ DƏFƏ ETİRAF ETMƏK MƏCBURİYYƏTİNDƏ QALDI.
"9 fevralda Əfqanıstanda bombardman zamanı 13 dinc sakin öldürülüb"
Əfqanıstanın qərbində yerləşən Herat vilayətinin Qozara məntəqəsinin NATO təyyarələri tərəfindən bombalanması nəticəsində 13 dinc sakinin həlak olması faktı təsdiqlənib.
Dekabr ayının 9-da edilən bu hücumu araşdıran komissiya bu barədə qənaətə gəlib. "
Birlik-Azərbaycan" İA beynəlxalq xəbər agentliklərinə istinadən verdiyi xəbərə görə, Əfqanıstan Müdafiə Nazirliyinin və NATO-nun yerli komandanlığının yaratdığı birgə komissiya müəyyənləşdirib ki, doğrudan da 9 fevral tarixindəki bombardmanlar zamanı 6 "taliban"çı və 13 dinc sakin öldürülüb.
Həlak olan dinc sakinlərdən 6-sı qadın, 2-si uşaqdır.
|