Главная » 2009»Fevral»22 » «Ankaranın Ermənistanla əlaqələrinin bərpası ilə bağlı danışıqlarda Dağlıq Qarabağ şərtini aradan qaldırması qeyri-mümkündür»
18:35
«Ankaranın Ermənistanla əlaqələrinin bərpası ilə bağlı danışıqlarda Dağlıq Qarabağ şərtini aradan qaldırması qeyri-mümkündür»
Türkiyə Baş nazirinin müşaviri Qeybulla Qeybullayev ANS-ə açıqlamasında belə deyib
«Rəsmi Ankaranın Ermənistanla əlaqələrinin bərpa olunması ilə bağlı aparılan danışıqlarda Dağlıq Qarabağ şərtininin aradan qaldırması qeyri-mümkündür». Bunu ANS-ə açıqlamasında Türkiyə Baş nazirinin müşaviri Qeybulla Qeybullayev bildirib. O, əks halda Türkiyə hökümətinin öz xalqına xəyanət etmiş olacağını qeyd edib. Q. Qeybullayevin sözlərinə görə, Türkiyə Ermənistanla münasibətləri qurarkən ilk növbədə bunu rəsmi Bakı ilə razılaşdırır. «Mən bir şeyə inanıram ki, Türkiyə höküməti və Türkiyəni təmsil edən insanlar bu danışıqlarda heç zaman Azərbaycanın mənfəətlərinə zərər gətirə biləcək danışıqlara getməzlər. Və onda iştirak etməzlər. Mən hələ xəyanət sözünü dilə gətirmirəm. Çünki bu çox daha böyük bir anlayışdır.Azərbaycanın rəhbərliyi ilə razılaşdırılmamış bir məsələnin orda razılıq nöqtəsi ola biləcəyini mən düşünə bilmərəm». Müşavir bununla belə müəyyən məsələlərdə bəlli bir güzəştlərin olmasınında qaçınılmaz olduğunu bildirib./ANS TV/