ISLAM DUNYASI Cüme axşamı, 21.11.2024, 15:12
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Fevral » 5 » HOSPİTALDAKI "DEDOVŞİNA CƏNGAVƏRLƏRİ" MƏHKƏMƏ QARŞISINDA
    16:17
    HOSPİTALDAKI "DEDOVŞİNA CƏNGAVƏRLƏRİ" MƏHKƏMƏ QARŞISINDA
    Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 332.2.2 və 332.2.3 maddələri ilə ittiham irəli sürülüb.
     
    Bu gün Bakı Hərbi Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə Müdafiə Nazirliyinin Ələtdə yerləşən hərbi hospitalında baş vermiş «dedovşina» faktı ilə bağlı təqsirləndirilən keçmiş əsgərlərin məhkəmə baxışı başlayıb.

    ANS PRESS-in məlumatına görə, dövlət ittihamçısı Toğrul Hüseynov ittiham aktını elan edib. Akta görə, təqsirləndirilənlər Famil Qəniyev, Cavid Yusibov, Ramiz Cəfərov, Elxan Məmmədov və Adil Abbasov 2008-ci ilin fevral ayının sonlarında müalicə edildikləri hospitalda, ətraf palataların əsgərlərini öz otaqlarına çağıraraq, əylənmək məqsədi ilə onları bir-birlərini döyməyə məcbur ediblər. Onlar palatalardan 6 nəfər çağırıblar və bildiriblər ki, qalib gələn şəxs, onlarla birgə qalacaq.

    Təqsirləndirilənlərə qarşı Cinayət Məcəlləsinin 332.2.2 və 332.2.3 maddələri ilə (Tabelik münasibətlərində olmayan hərbi qulluqçuların arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) ittiham irəli sürülüb. Təqsirləndirilənlər özlərini tam təqsirli biliblər. Onlardan bəzilərinin ifadələrinin qərəzli olduğunu nəzərə alan hakim təqsirləndirilənlərin istintaqdakı ifadələrini elan edib.

    Prosesdə zərərçəkmiş Əli Cəfərov, Mahmud Məmmədov da ifadə verib.
    Daha sonra prosesdə hadisə baş verən baxt hospitalda bölmə rəisi işləmiş polkovnik leytenant Oktay Babayev dindirilib. Qeyd edək ki, ona qarşı Famil Qəniyevi qanunsuz olaraq hospitaldan evə buraxdığı üçün Cinayət Məcəlləsinin 341-ci maddəsi ilə ayrıca itiham irəli sürülüb. Məhkəmədə ifadə verən O. Babayev bildirib ki, həmin vaxt Familin yeni doğulan uşağı ölüb. Bunun üçün də onu evə buraxıb. «Bunun qanunsuz olduğunu bilirdim. Sadəcə mərhəmət hissi mənə qalib gəldi», deyə o ifadəsində bildirib. Məhkəmə işini davam etdirəcək. /ANS PRESS/

    Просмотров: 829 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Fevral 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    232425262728
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 4
    Qonaqlar: 4
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz