"Bizimlə birlikdə düşmən qarşısında dayanan Suriya, Türkiyə və İrana çox təşəkkür edirik"
Xalid Məşəl, Qəzza Şəridinin embarqosu aradan götürülməlidir, sərhədlər açılmalıdır və Qəzzanın yenidən bərpası lazımdır, "Bu tələblər ləğv olunsa, atəşkəsdən söz kedə bilməz" deyib.
İslam-Azerinin Əl-Cəzair telekanaılnın rəsmi saytına istinadlı xəbərinə görə, Dünən axşam Suriyanın paytaxtı Dəmşqin "əl-Fiha" stadionunda Qəzzanın zəfəri münasibətiylə təşkil edilən şənlik mərasimində çıxış edən Xalid Məşəl, işğalçı İsrailin Qəzza Şəridini mühasirəyə alması davam etdiyinə toxunaraq, "Bizim tələblərimiz Qəzza Şəridi ətrafındakı mühasirənin aradan qalxması, sərhəd keçidlərinin daimi olaraq açılması və Qəzza Şəridinin sürətlə bərpa edilməsidir. İndi əgər sionist İsrail bu istəklərimizə müsbət bir cavab verməzsə, o zaman bizdən atəşkəs də gözləməsin" deyə vurğulayıb.
Atəşkəs görüşlərinin müvəffəqiyyətsizliyə uğramasının əsas səbəbi, işğalçı İsrail rəsmilərinin inadçı rəftarlarını davam etdirmələri olduğunu vurğulayan Məşəl bu barədə ayrıca, "Sionist İsrail rəsmiləri, Misir hökuməti vasitəsi ilə qərəz dolu və mübhəm təkliflər irəli sürdülərki, bu təkliflərdən əsas məqsədləri mühasirəni olduğu kimi davam etdirməkdir. Sionist rejim bu günə qədər heç bir zaman verdiyi vəədlərə sadiq qalmamış və hər zaman qaydaları pozmuşdur. Bu səbəbdən tələblərimiz yerinə yetirilməzsə, atəşkəs də olmaz deyirik" şəklində çıxış edib.
Qəzza mitinqində çıxış edən Həmasın Siyasi Büro lideri Xalid Məşəl, bəzi Ərəb ölkələrini tənqid edərək bəzi ölkələrə bu cür təşəkkür edbi: "İsrail ilə bəzi Ərəb ölkələrinin Fələstin xalqını Həmas ilə qarşı-qarşıya gətirmək istəyir. Bəzi Ərəb ölkələri bizim yanımızda dayanan ölkələrə təşəkkür etmək istəmir. Biz, Qəzza hücumları əsnasında bütün Ərəb ölkələrinin qapısını döydük. Bəziləri bizə cavab vermədi. Bu müddətdə, bizimlə birlikdə düşmən qarşısında dayanan Suriya, Türkiyə və İrana çox təşəkkür edirik" deyib.
Məşəl çıxışında Misir tərəfindən Həmasa çatacaq pulları müsadirə etməsini təniqd edərək: "Biz,Qəzzadakı xalqımız üçün İslam dünyasından pul alırıq. Bu bir səhv deyil. Pulu daşıyan adama təşəkkür etməmiz lazımdır, izləməmiz deyil"- söyləyib. //Islam-Azeri.az