ISLAM DUNYASI Cüme axşamı, 02.05.2024, 02:08
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Fevral » 13 » “Fətvanı yalnız Şeyxülislam və Qazılar Şurası verə bilər”
    20:46
    “Fətvanı yalnız Şeyxülislam və Qazılar Şurası verə bilər”
    Hacı Fuad Nurullayev: “Mən Qafqaz Müsəlmanları İdarəsinin nardaranlı dindarın millət vəkilinə ölüm hökmü çıxarmasına öz münasibətini bildirdiyinin şahidiyəm”

    “Azərbaycan şəraitində fətvanın kimlər tərəfindən və necə verilməli olduğunu çoxları bilmir. Halbuki, ölkəmizdə dini rəhbər şeyxülislam olduğundan fətvanı da yalnız o verə bilər. Həmçinin Qafqaz Müsəlmanları İdarəsinin nəzdində fəaliyyət göstərən Qazılar Şurasının da fətva vermək səlahiyyəti var”.

    Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilat şöbəsinin əməkdaşı Hacı Fuad Nurullayev Lent.az-a açıqlamasında belə deyib. Onun sözlərinə görə, fətva dini baxımdan hər hansısa məsələyə dair verilən hökmdür. Fətva həm də qəti hökmün verilməsini nəzərdə tutur. İslam aləmində fətvanı verən səlahiyyət sahibi imamlardır: “Burada söhbət məscidlərdə namazlara rəhbərlik edən insanlardan yox, dini sahəyə rəhbərlik edənlərdən gedir. Əgər imam zahirdə deyilsə, onların naibləri, yəni müctəhidlər fətva verə bilər. Müctəhidlər isə 1-2 nəfərdən ibarət deyil, onlar çoxdur”.

    Hacı Fuad bildirir ki, müxtəlif dini sahələrdə müxtəlif fətvalar ortaya qoyula və bir neçə müctəhidlər fətva verə bilər. Bu fətvaları qəbul etmək isə o müsəlmanların boynunda mütləqdir ki, onlar müctəhidlərin təqlidindədir: “Ola bilər ki, bir dəstə insan hansısa müctəhidə, başqa qrup isə digərinə təqlid edə bilər. Bu zaman bir qrupun digər qrupun müctəhidinin verdiyi fətvaya tabe olmaması da mümkündür. Sünni aləmində də müsəlmanlar inandıqları və dini rəhbər kimi qəbul etdikləri insan fətva verə bilər. Onun da fətvası qəbul olunur”.

    QMİ rəsmisinin fikrincə, dini bayramların və mərasimlərin keçirilməsi zamanı xalq arasında mübahisələr yaranmasın deyə, Qazılar Şurası məsələni müzakirə edərək müvafiq qaydada fətva verir. Müzakirələr nəticəsində çıxarılan fətva iştirakçılar tərəfindən rəsmi sənəd kimi imzalanmalı və möhürlənməlidir.

    O ki, qaldı fətvanın hansı hüdudlarda mütləq məna daşımasına, Hacı Fuad bildirir ki, bu məsələdə hansasa çağırışa fikirlər müxtəlif ola bilər. Yəni fətva bütün müsəlmanlar üçün verilirsə, bu, heç də hamının ona əməl etməyə məcbur olması anlamına gəlmir: “Fətvaya əməl edib-etməmək insanların öz ixtiyarına buraxılır. Məsələn, Azərbaycanda dini baxımdan ailənin qurulması məsələsi ilə bağlı fətva verilə bilər. Ancaq insan dini əqidəsinə görə azad olduğundan insan özü istədiyi kimi ailə qurmaq hüququna malikdir”.

    Bununla belə, Hacı Fuad vurğulayıb ki, demokratik ölkədə insanların dini etiqad azadlığı qanunlarla müəyyən olunur. Onun sözlərinə görə, Azərbaycanda din dövlətdən ayrı olduğundan şeyxülislamın ayrıca və ya Qazılar Şurası vasitəsilə verdiyi fətvalar həm də dövlətin qanunlarına müdaxilə etməməlidir: “Çünki Azərbaycanda müsəlmanlarla yanaşı digər dinlərin nümayəndələri də yaşayır. Onların da dini rəhbərləri var və onlar da öz dini şuraları vasitəsilə Azərbaycan qanunları ilə ziddiyyət təşkil etməyən fətvalar verə bilərlər. Yəni bunların hamısı sırf məscid, ruhaniyyət səviyyəsində, dini çərçivədə verilən fətvalardır”.

    QMİ rəsmisi bu yaxınlarda Nardaran dindarlarından birinin millət vəkilinə ölüm hökmü çıxarmasına da münasibət bildirib. Onun sözlərinə görə, təmsil etdiyi qurum Nardaran sakinin fətvasının düzgün olmamasına öz rəyini açıqlayıb. Ancaq o zaman media nümayəndələri QMİ-nin rəyini öyrənmədiyindən bu münasibət geniş çərçivəyə çıxmayıb.

    “Mən özüm şahidəm ki, Qafqaz Müsəlmanları İdarəsi bu fətvaya öz münasibətini bildirdi. Amma Nardaranda, Maştağada və ya başqa yerdə bir qrup insanın yığışıb məsciddə, ya haradasa fətva qəbul etməsi qanuna uyğun deyil. Müxtəlif dəstələrin və qrupların fətva vermək ixtiyarı yoxdur, bu, heç bir dini qaydaya əsaslanmır” - deyə, Hacı Fuad əlavə edib.

    Hacı Fuad bildirib ki, ayrı-ayrı dindarların verdiyi fətva heç də kütləvi səviyyədə atılan addım deyil və dini qanunlara söykənmir. Amma səhv, yaxud dinə söykənməyən qaydalara uyğun fətva verənin cəzası da yoxdur: “Çünki dində “səhv fətva” anlayışı da yoxdur. Fətva səhv yox, fərqli və ya məqsədli ola bilər. Ona görə də dində hökmləri yalnız hamının qəbul etdiyi imamlar, müctəhidlər verməlidir. Bizdə bu səlahiyyət yalnız Şeyxülislama və Qazılar Şurasına məxsusdur”.
    LENT.AZ
    Просмотров: 990 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Fevral 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    232425262728
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz