Con Kuni iki gündür Bakıda olsa da, bu barədə rəsmi məlumat yayılmayıb.
ABŞ Dövlət Departamentdə Azərbaycan üzrə məsul şəxs qismində çalışan (Desk Officer) Con Kuni fevralın 17-də Bakıya səfər edib və ayın 20-dək ölkəmizdə olacaq. Digər analoji səfərlərdən fərqli olaraq, onun səfərilə bağlı mətbuata rəsmi açıqlama verilməyib. Bu barədə Lent.az-a diplomatik mənbələrdən məlumat verilib.
Məlumat ABŞ-ın Azərbaycandakı səfirliyindən təsdiqlənib. Səfirlikdən Lent.az-a bildirilib ki, Con Kuni bu həftə ərzində Bakıya səfər edib: “Cənab Kuni ABŞ səfirliyinin əməkdaşları və Azərbaycan tərəfilə bir sıra ikitərəfli görüşlər keçirir”.
Lent.az-ın əldə etdiyi məlumatlara görə, ABŞ rəsmisi Bakıda bəzi siyasətçilərlə görüşlər keçirib. Onun hakimiyyət rəsmilərilə görüşməsi ehtimal olunsa da, bu barədə rəsmi məlumat almaq mümkün olmayıb.
Lent.Az
|