ISLAM DUNYASI Cüme axşamı, 25.04.2024, 18:39
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2009 » Fevral » 18 » «Vladimir Jirinovski Azərbaycan xalqından üzr istəməlidir»
    21:40
    «Vladimir Jirinovski Azərbaycan xalqından üzr istəməlidir»
    «AZERROS»un prezidenti Söyün Sadıqov: «Azərbaycanlıları təhqir edənləri məhkəməyə verməyi, xalqımızın şərəfini qorumağı özümüzə borc bilirik»
     
    «Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski Azərbaycan xalqından üzr istəməlidir». Bunu ANS PRESS-ə açıqlamasında Vladimir Jirinoskini məhkəməyə verən Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti «AZERROS»un prezidenti Söyün Sadıqov deyib. Onun sözlərinə görə, Vladimir Jirinovski özünün «Cənuba doğru sonuncu yürüş» («Posledniy brosok na yuq») kitabında Azərbaycan xalqını təhqir edib: «O yazıb ki, guya, Azərbaycan xalqı 1988-ci ildə ermənilərə qarşı soyqırımı həyata keçirib. Müəllifin fikrincə, bunun səbəbi ermənilərin xristian olmasıdır». Söyün Sadıqov deyib ki, «AZERROS», azərbaycanlıları təhqir edən şəxsləri məhkəməyə verməyi, xalqımızın şərəfini və hüquqlarını qorumağı özünə borc bilir: «Kim bizə kömək edəcəksə, bizi dəstəkləyəcəksə, bu onların öz vicdanına qalıb. Amma mən kiminsə bizim dəstəkləməsini gözləmirəm». «AZERROS», məhkəmə iddiasında üç tələb irəli sürüb: «İlk növbədə Vladimir Jirinovski yalan məlumatlar yaydığına görə rəsmi şəkildə üzr istəməli və etiraf etməlidir ki, Azərbaycan xalqı onun yazdığı kimi «vəhşi» deyil, heç kimi öldürməyib. Bundan başqa, «Cənuba doğru sonuncu yürüş» kitabının bütün nüsxələri məhv edilməli və kitabın elektron variantı Rusiya Liberal Demokrat Partiyasının internet saytından çıxarılmalıdır».
    Söyün Sadıqov məlumat verib ki, məhkəmədə «AZERROS»un hüquqlarını vəkillər Nizami Bəşirov və Vahid İsgəndərov qoruyacaq. Təşkilat prezidenti məhkəmə prosesini udacaqlarına inanır: «Hesab edirəm ki, Rusiya sivilizasiyalı dövlətdir və yəqin ki, bizim şikayətimizə baxacaq hakimin də vicdanı var. Məhkəmə Vladimir Jirinovski və ya Söyün Sadıqovun şəxsiyyətini yox, qanunları nəzərə almalıdır. Bir sözlə, haqq-ədalət qalib gəlməlidir».
    Qeyd edək ki, «AZERROS»un iddiası üzrə məhkəmə iclası martın 2-nə təyin edilib və Moskvanın Meşansk rayon məhkəməsində keçiriləcək
    Просмотров: 841 | Добавил: azeri-islam
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  Fevral 2009  »
    BeÇaÇCaCŞB
          1
    2345678
    9101112131415
    16171819202122
    232425262728
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz