ISLAM DUNYASI Cüme, 26.04.2024, 14:14
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Категории раздела
    İSLAM DÜNYASI [11]
    İSLAM
    Teqvim [1]
    Поиск
    Главная » Статьи » İSLAM DÜNYASI

    Əhli-beyt kimlərə deyilir

    1- Şeybənin qızı Səfiyyə Ayişədən nəql edir ki, bir gün Peyğəmbər əbasını çiyninə salıb evdən çıxdı. Bu zaman Əlinin oğlu Həsən o həzrətin yanına gəldi. Peyğəmbər onu əbasının altına çəkdi. Sonra Hüseyn, daha sonra Fatimə, ondan sonra da Əli gəldi. Peyğəmbər hamısını əbasının altına toplayıb bu ayəni tilavət etdi...

    "Allah-taala istəyir ki, bütün günah və çirkinlikləri yalnız siz Əhli-beytdən uzaqlaşdırsın və sizi tamamilə pak-pakizə qərar versin." ("Əhzab" surəsi, 33)

    "Səhihi-Müslüm", 4-cü cild, səh.1885, 2424-cü hədis;

    "Təfsiri-Təbəri", 12-ci cild, səh.6, 22-ci hissə.

    "Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.159, 4707-ci hədis;

    "Əs-sünənul-kubra", 2-ci cild, səh.212, 2858-ci hədis.

    2- Amir ibni Sə`d ibni Əbi Vəqqas öz atasından nəql edir ki, vəhy nazil olan zaman Peyğəmbər Əli, Fatimə və onun iki oğlunu (Həsən və Hüseyni) əbasının altına çəkib dedi... "Pərvərdigara, bunlar mənim Əhli-beytimdir."

    "Səhihi-Müslüm", 4-cü cild, səh.1871, 32-ci hədis;

    "Müsnədi ibni Hənbəl", 1-ci cild, səh.391 1608-ci hədis;

    "Əs-sünənül-kubra", 7-ci cild, səh.101, 13392-ci hədis;

    "Sünəni Termezi", 5-ci cild, səh.225, 2999-cu hədis;

    "Əl-Müstədrəku ələs-səhiheyn", 3-cü cild, səh.163, 4719-cu hədis.

    3- İsa ibni Əbdüllah ibni Malik ikinci xəlifə Ömər ibni Xəttabdan belə nəql edir... Peyğəmbərin belə buyurduğunu eşitdim... Ey camaat, mən yaxın zamanlarda sizin aranızdan gedəcəyəm. Qiyamətdə siz də gəlib mənə qovuşacaqsınız. (Burada Peyğəmbər onlara Qur`an və Əhli-beytin hüquqlarına riayət etmək barədə çoxlu tövsiyələr etdi). Ömər deyir... Mən -ey Allahın Rəsulu, sənin Əhli-beytin kimlərdir? -deyə soruşdum. Həzrət buyurdu... "Mənim Əhli-beytim Əli, Fatimə, onun iki övladı (Həsən və Hüseyn) və Hüseynin nəslindən olan doqquz nəfər əməlisaleh imamlardır. Onlar mənim itrətim, ətim və qanımdır."

    "Kifayətül-əsər", səh.91, "Təfsiri-burhan", 1-ci cild, səh.9

    4- İbni Abbas "Büruc" surəsinin birinci ayəsi barəsində deyir... Peyğəmbər (s.ə.v.v) buyurdu... "Mən asimanam, Əhli-beytimdən olan imamlar isə onun bürcləridir. Onlar on iki nəfərdir."

    "Yənabiul-məvəddət", 3-cü cild, səh.253, 59-cu hədis.

    Категория: İSLAM DÜNYASI | Добавил: azeri-islam (19.07.2008)
    Просмотров: 653 | Комментарии: 2
    Всего комментариев: 1
    20.07.2008
    1. Zehra (Fatimeyi-Zehra) [Material]
    wacko Inanmiram.. bunu Omer deyib???? wacko Hz Peygember(s v s ) buyurub: Menim Ehli-Beytim Nuhun(e) gemisine benzeyir.Ona minen NicaT tapar"

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz