ISLAM DUNYASI Cüme, 26.04.2024, 07:43
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » İyul » 12 » ANALAR BİLMELİ:
    20:45
    ANALAR BİLMELİ:
    Uşaqlarla davranışa dair 40 əxlaqi nöqtə:

    1. Hədiyyəni verəndə qızlardan başlayın.
         Valideynlər övladlarının qədrini bilməli, onların İlahi əmanət olduqlarını unutmamalı və onların tərbiyəsində çox çalışmalıdırlar.
         İslam Peyğəmbərinin (s) nəzərində qız uşaqları oğlanlardan daha çox məhəbbət və nəvaziş tələb edir. Həmçinin, Məsumların (ə) rəvayətlərində də qız uşaqlarına daha çox məhəbbət göstərilməsinə təkid olunub. İslam Peyğəmbəri (s) buyurur: «Hər kim bazara girib əhli-əyalına töhfə alsa, ehtiyaclı şəxslərə sədəqə verən hökmündədir! Qızlar, oğlanlardan üstün tutulmalıdır. Çünki hər kim qızını sevindirsə, sanki İslam övladlarından olan bir köləni azad etmişdir».
         
    2. Öz körpənizlə uşaq kimi oynamağa çalışın.
         Böyüklərin uşaqlarla oynaması bu günün tərbiyə sistemində çox mühüm qiymətləndirilmədən əlavə, bu iş İslamın böyük şəxsiyyətləri tərəfindən də çox sifariş olunmuşdur: «Kimin uşağı varsa, onunla uşaq kimi rəftar etməlidir».(Peyğəmbər (s))
         «Uşağı olan hər bir kəs, onu tərbiyə edən zaman özünü uşağının səviyyəsinə qədər endirməlidir». (Əli (ə))
         
    3. Uşaqlarınızı ağlamağına görə vurmayın, çünki ağlamağın bir müddəti Allahın yeganəliyinə, Peyğəmbərin (s) peyğəmbərliyinə şəhadət və valideyn üçün duadır.
         4. Öz övladlarınızı öpün. Çünki hər öpmək Behiştdə bir dərəcədir.
         Uşaq, cismi cəhətdən yeməyə ehtiyaclı oduğu kimi, ruhi cəhətdən də qidalanmağa möhtacdır. Cismin qidası ananın südü və Allahın yaratdığı münasib yeməklərlə təmin olunursa, ruhun qidası ata-ananın lazımi təlimləri və dəqiq gözləmələri ilə vücuda gəlir. Övlad həm qidaya, həm də məhəbbətə möhtacdır. Məhəbbət-övladın canı sayılır. Övlada məhəbbət göstərməyin müxtəlif yolları vardır. Onlardan biri də uşağı öpmək və ona nəvaziş göstərməkdir. İslam Peyğəmbəri (s) buyurur: «Övladlarınızı öpün! Çünki övladlarınızı öpməyin müqabilində Allah-Taala elə bir məqam vermişdir ki, hər dərəcə arasında 500 il fasilə vardır». Həmin mövzuda Əli (ə) buyurur: «Övladı öpmək rəhmətdir».
         
    5. Salam verməklə övladlarınıza şəxsiyyət verin.
         Uşaqların şəxsiyyətlərinin formalaşması və tərbiyələrinin möhkəm olma yollarından biri də uşağa şəxsiyyət kimi diqqət edib, ona mərhəmətlə yanaşmaqdan ibarətdir. Məsələn, uşağın özündən böyüklərə verdiyi salam daha gözəl şəkildə cavablandırılmalıdır. (Böyüklər bu əməllə onun şəxsiyyətinə ehtiram etmiş olarlar). Peyğəmbər (s) hər vaxt uşaqlarla qarışılaşsaydı, onlara salam verər, şəxsiyyətlərinə ehtiram qoyar, bununla da cəmiyyətdə uşaqlara ehtiram məsələlərini öz ardıcıllarına göstərərdi.
         
    6. Uşaq sayağı işlər görərkən, övladlarınızı məsxərə etməyin və işlərini «axmaq iş» adlandırmayın.
         7. Övladlarınıza çox əmr və qadağalar etməyin. Çünki bu iş onların üzünüzə qayıtmasına səbəb olar. Övladın uşaqlıqda valideynin üzünə qayıtmağa cürət tapması, böyüyəndə onun itaətsizliyinə gətirib çıxardar.
         8. Öz övladlarınıza hörmət edin və onlara şəxsiyyət verin. Belə ki, Peyğəmbər (s) öz nəvələrinin ehtiramına görə namazın səcdəsini uşaq kürəyindən düşənə qədər uzadar, kiminsə uşağının ağlamaq səsini eşidib camaat namazını tez qurtarar və bu əməli ilə uşaqların şəxsiyyətinin qorunması dərsini öyrədərdi. Həmçinin, Əli (ə) camaat qarşısında elmi məsələləri öz övladlarından sual etməklə və bəzən camaatın verdiyi sualların cavabını onlara tapşırmaqla övladlarına şəxsiyyət verərdi.
         Əgər ata və ana uşağı düzgün tərbiyə edib onun şəxsiyyətinə hörmət qoymazlarsa və onun təbii istəklərini təmin etməzlərsə, bu zaman uşaq azğınlığa düşər, müxtəlif əyri yollarla başqalarının qəlbinə daxil olmaqla özünə şəxsiyyət qazanmağa çalışar. Şəxsiyyət, müstəqillik, iradə, özünə inam, həmçinin zəlillik, alçaqlıq, zəiflik, özünə inamsızlıq elə sifətlərdəndir ki, onun bünövrəsi ata və ana tərəfindən qoyulur. Əgər uşaqla bir insan kimi rəftar edilməzsə və o, ailənin hörmətli bir üzvü hesab edilməzsə, böyüyəndə onun kamil bir şəxsiyyət olmasını gözləmək olmaz.
         9. Uşaqları sevin və onlarla mehriban olun. Onlara vəd verəndə ona əməl edin. Çünki uşaqlar belə fikirləşirlər ki, onlara ruzi verən sizsiniz. Burada iki mühüm tərbiyə mövzusuna işarə olunub: birinci, övladı çox istəmək və ona mehr-məhəbbət göstərmək. İkinci, uşağa verilən vədələrə vəfadar olmaq. Bununla da övlad uşaq vaxtından əhdini pozmağa və vədə xilaf çıxmağa meyl etməz.
         10. Yataq otağınıza icazəsiz girməməsi barədə uşaqlarınıza xəbərdarlıq edin.
    ...ardı var...
    Просмотров: 922 | Добавил: azeri-islam
    Всего комментариев: 2
    26.07.2008
    2. ZehrayiNur (ZehrayiNur) [Material]
    Oyrenmek hec vaxt gec deyil. smile

    20.07.2008
    1. Zehra (Fatimeyi-Zehra) [Material]
    Coooooooooox sag olun etrafli melumata gore Allah razi olsun

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  İyul 2008  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz