ISLAM DUNYASI Cüme, 19.04.2024, 16:25
Главная | Регистрация | Вход Приветствую Вас Qonaq | RSS
Меню сайта
    Форма входа
    Поиск
    Главная » 2008 » İyul » 19 » HİCAB İSLAMIN QADIN ŞƏXSİYYƏTİNƏ VERDİYİ ƏN YÜKSƏK DƏYƏRDİR
    16:28
    HİCAB İSLAMIN QADIN ŞƏXSİYYƏTİNƏ VERDİYİ ƏN YÜKSƏK DƏYƏRDİR

    Bismillahir Rəhmanir Rəhim

    Geyim insan həyatının ayrılmaz hissəsidir. Insanın öz bədəninin müəyyən hissələrini örtməsi onun fitrətindən doğan bir hissdir. Odur ki, "insanların geyimdən istifadə etmələri fitridir" deyənlər əsla yanılmırlar. Çünki bu iddianı Qurani-kərim də təsdiqləyir. Allah-taala Əraf surəsinin 22-ci ayəsində buyurur:

    ".....(Adəm və Həvva) ağacın meyvəsindən daddıqda ayıb yerləri (gözlərinə) göründü. Onlar Cənnət (ağaclarının) yarpaqlarından (dərib) ayıb yerlərinin üstünü örtməyə başladılar...."

    Onlar bunu fitri olaraq etdilər. Bunu insanın ağlı da təsdiqləyir və  heç bir sağlam düşüncə sahibi insana geyimin lazım olmamasını demir. Lakin geyimlərin forması və bədəni hansı həddə örtməsi barəsində millətlər arasında fərq vardır. Dünyanın hər yerində bir cür geyim məqbul hesab edilir və təbii ki, bu məsələdə milli adət-ənənələr və insanların mənsub olduqları dinlər də təsirsiz deyil. Geyim məsələsində mövcud olan digər bir fərq kişi və qadın cinslərinin geyimlərindədir. Dünyanın demək olar ki, hər yerində dinindən və milliyyətindən asılı olmayaraq  qadın və kişi geyimləri arasında fərq vardır. Bu fərqin çərçivəsini də əsasən milli və dini mənsubiyyət müəyyənləşdirmişdir. Kişi ilə qadının geyim fərqində təbii ki, bu iki cinsin fizioloji quruluşu da öz təsirini göstərmişdir. Amma hər halda bütün bu fərqlər mövcuddur və heç kəs bunları inkar edə bilməz.

    Qadın insan yaradılışının əvvəlindən kişinin kənarında olmuş və həmişə insan cəmiyyətinin ən azı yarısını təşkil etmişdir. Qadının bəşər cəmiyyətindəki rolu inkaredilməzdir.  

    İslam da qadına xüsusi dəyər vermiş və onun bəşər cəmiyyətindəki rolunu "cənnət anaların ayağı altındadır" kimi kəlamlarla dəyərləndirmişdir ki, əslində bu və buna bənzər kəlamlar həm də qadın məqamına misilsiz qiymətdir.

    Lakin bütün bunlarla yanaşı qadın, insan cəmiyyətindəki misilsiz müsbət roluna baxmayaraq, bir sıra ilahi qanunlara riayət etməyəcəyi təqdirdə cəmiyyətlərin süqutuna da səbəb ola bilər. Allahin bütün insanların  ilk tərbiyəçisi olaraq qadinlari seçməsi heç də təsadüfi deyil. Bunda qadinin yaradilişi ilə bağlı hikmətlər mövcuddur.

    Allahın qadınlar barəsində təsadüfi olmayan qanunlarından biri də bu cinsin öz geyimində bir sıra şərtlərə riayət etməsidir. Təkcə İslam deyil bütün ilahi dinlərin təlimlərində mövcud olan müştərək hökmlərdən biri qadınların naməhrəmlər qarşısında hicaba riayət etməsidir. Hicab Allah-taalanın qadına verdiyi azadlıq nemətlərindən biridir. Çoxları hicabın qadına məhdudiyyət gətirməsini iddia edir və onun qadının fəaliyyətlərini məhdudlaşdırmasını deyirlər. Amma məsələyə bir az diqqət edəndə məlum olur ki, hicab qadının fəaliyyətinin məhdudlaşdırılması üçün deyil genişləndirilməsi üçündür. İslam qanunlarına əsasən hicab qadının cəmiyyətlə ünsiyyətini genişləndirmək istiqamətində bir vasitədir. Əgər İslam qadının məhdud çərçivədə qalmasını istəsəydi, hicab deyil güşənişinlik qanunları çıxarar və insanları ona dəvət edərdi. Halbuki İslamda güşənişinlik məhkum edilmişdir. İslam qadınlara "evin bir küncünə çəkil" deyil, "hicaba riayət et" deyir. Əgər söhbət hicabdan gedirsə, deməli qadının cəmiyyət arasına çıxmasından söhbət gedir.

    Allah-taala buyurur: "Ya Peyğəmbər! Zövcələrinə, qızlarına, və möminlərin övrətlərinə de ki, örtüklərini örtsünlər. Bu onların tanınması və onlara əziyyət verilməməsi üçün daha münasibdir. Allah bağışlayan, rəhm edəndir!" (Ahzab surəsi, ayə 59)

    Allah-taala bu ayədə hicabın fəlsəfəsi kimi müsəlman qadının cəmiyyətdə tanınmasını və nəticədə qəlbi xəstə insanların əziyyətlərindən amanda qalmasını önə çəkmişdir.

    Quranın nazil olduğu əsrdən indiyə kimi insanların həyat tərzi bütünlüklə dəyişmişdir. Dəyişməyən isə insanın nəfsi istəkləri və bu istəklərin doğurduğu mənfi nəticələrdir. Qadın on dörd əsr bundan əvvəl olduğu kimi bu gün də şəhvətpərəst insanların zəhərli baxışlarının hədəfində olmaqda qalmaqdadır. Məhz bu səbəbdən Allah-taala yuxarıda qeyd edilən ayədə qadınların bu zəhərli baxışlardan amanda qalmaları üçün hicab örtmələrini buyurmuşdur.

    Ümumiyyətlə geyim həm insanın özünə və həm də ətrafdakılara, həmçinin qarşılıqlı münasibətlərə təsir göstərir. Məsələn, hər bir kəs  küçəyə adi ev paltarı ilə çıxanda bir cür yol gedir, rəsmi geyim formasında başqa bir cür. Bunu peşə geyimi geyinən şəxslərin davranışında daha yaxşı sezmək mümkündür. Polis və ya hərbiçilər rəsmi peşə paltarı geyinəndə bir cür yol gedirlər, adi geyimdə olanda başqa cür. Hətta biz ozumuz idman geyimi ilə küçəyə çıxanda bir cür davranırıq, kostyum geyinəndə başa cür. Bu kimi geyimlər bizim öz rəftarımıza təsir göstərməsindən əlavə cəmiyyətdə insanların bizimlə davranışına da təsir göstərir. Peşə geyimlərinin fəlsəfəsi də məhz budur.   

    Hicab da belədir. Qadının hicab geyinməsi onun öz davranışına təsir göstərməkdən əlavə ətrafdakıların da ona münasibətlərinə və baxışlarına təsir göstərir. Məsələnin bu cəhətinə diqqət edəndə görürük ki, hicab qadının münasibətlərinin məhdudlaşdırılması deyil, qadının izzət və ehtiramının qorunmasıdır. Odur ki, hicab həm qadının özünə qail olduğu dəyərin təzahürüdür, həm də onun ətrafdakılara dil ilə demədiyi, geyimi ilə çatdırdığı mesaj. Hicab İslamın qadın ismətinə və qadın şəxsiyyətinə verdiyi ən böyük dəyərdir.

    Digər tərəfdən hicab cəmiyyətin əxlaqi sağlamlığı istiqamətində də müsbət addımdır. Gün ərzində küçədə-bayırda qarşılaşdığımız insanlar evdən şəhvət hislərinin arxasınca deyil, məişət ehtiyaclarını təmin etmək məqsədi ilə çıxırlar. Lakin küçədə qarşılaşdıqları açıq-saçıq xanımlar onların fikrini müxtəlif xoşagəlməz istiqamətlərə yayındırır və günaha düşmələrinə səbəb olur. Beləliklə də hicab qanunlarına riayət etməyən xanımlar özləri günah etməkdən əlavə başqalarının da günaha düşmələrinə səbəb olular. Nəticədə iki günah qazanmış olurlar.

    Allah-taala Qurani-kərimin Nur surəsinin 31-ci ayəsində qadının hacabinin çərçivəsi və hicabdan istisna olunan kişilər barədə belə buyurur:

    "Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər (naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla, zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə) göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz atalarından, yaxud ərlərinin atalarından (qayınatalarından), yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşlarının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz (müsəlman) qadınlarından, yaxud sahib olduqları (müşrik) cariyələrdən, yaxud kişiliyi qalmamış (onlarla birlikdə yemək yeyən) xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini (xalxallarını) göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, nicat tapasınız!"

    Qeyd etdiyimiz kimi geyimin zərurətini hamı qəbul edir. Lakin bədənin hansı miqdarda örtülməsini hərə bir cür məsləhət görür. İnsanlarin hərtərəfli xeyrini nəzərə alıb ən hikmətli tovsiyə verən isə hamımızın qəbul etdiyi kimi Allahdir. Uca Allahımızın qadınların geyimi barədəki əmri isə ayədələrdə buyurulduğu kimi hicabdir.

    Просмотров: 1062 | Добавил: azeri-islam
    Всего комментариев: 3
    09.08.2008
    3. muselman_15 [Material]
    zerdabda hicabqadagan edilib

    26.07.2008
    2. ZehrayiNur (ZehrayiNur) [Material]
    Hicab menevi safliq,ilahi bir nurdur.Men oz hicabimla fexr edirem.

    19.07.2008
    1. Zehra (Fatimeyi-Zehra) [Material]
    Elbetteki Hicab vacibdir.... Islam qadina demirki hicaba burun evde otur Islam qadina deyirki Hicaba burun cemiyyete qaris, oz sozunu de...
    Birdeki qadinlarda Hicab otuk menasindadirsa kisilerdede hicab var.. cool Meqsed burada ozumuzu namehremden gizletmekir... vele olduqa hem qadinin hem ailede problemi olmaz hemdeki cemiyyetde..

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Календарь
    «  İyul 2008  »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Архив записей
    Наш опрос
    Sizcə Hökumət HİCABA niyə qadağa qoyur?
    Всего ответов: 402
    Мини-чат
    Друзья сайта
  • Официальный блог
  • Сообщество uCoz
  • FAQ по системе
  • Инструкции для uCoz
  • Статистика

    Bütün onlayn olanlar: 1
    Qonaqlar: 1
    İstifadeçiler: 0

    Copyright MyCorp © 2024
    Хостинг от uCoz